Admir Teli üçün mövsüm bitdi
"Qarabağ"ın müdafiəçisi Admir Teli mövsümü bitirib. Stadium.az xəbər verir ki, ardıcıl 88 oyuna çıxmaqla Azərbaycan rekordu qıran albaniyalı futbolçu "Bakı" ilə oyunda zədələnərək əvəzlənməli olmuşdu. Müayinələrdən sonra məlum olub ki, 31 yaşlı futbolçunun sağ ayağı burxulma nəticəsində sıradan çıxıb. Eyni oyunda sıradan çıxan Ansi Aqollinin durumu bir qədər daha yüngüldür. Klubun fizioterapevti Murat Şahinoğlu zədəlilərlə bağlı "Qarabağ"ın rəsmi saytına açıqlama verib: " Admirin durumu daha ağırdı. İlkin müayinə zamanı vəziyyətin ağır olması bəlli oldu. Onun üzərində xüsusi müalicə proseduru yerinə yetiririk. Gələn həftə onu yüngül məşqlər etdirə bilərik. Amma bunun fəsadı da ola bilər. Ona görə də riskə getməyi düşünmürük. Normalda Admirin geri dönüşü üçün 1 ay lazımdır. Amma mülaicənin verdiyi təsirin də böyük rolu var. Ansinin durumu daha qənaətbəxşdir. Hər halda Aqollinin bu mövsüm oynama şansı var. Onda əzələ gərilməsi var. Sıraya dönməsi üçün 10 gün lazım olur. Hazırlıq prosesini də nəzərə alsaq daha bir neçə gün lazım ola bilər. Belədə son 2-3 oyunda meydana çıxma şansı var".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |