“Atletiko” önünə üzdə olan oyunçularımızın çıxması məqsədəuyğun sayıldı"

24.04.2013 | 4815 dəfə oxunub

"Atletiko"ya qarşı təkcə "Bakı"nın deyil, Azərbaycanın ulduz futbolçularından ibarət komanda - “All Star of Azerbaijan" mübarizə aparacaq. Bu haqda Stadium.az-a "Bakı"nın icraçı direktoru Yaşar Seyidov məlumat verib. Seyidov bu təşəbbüsün klub prezidenti Hafiz Məmmədova məxsus olduğunu bildirdi: "Klub prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə “Atletiko” önünə Azərbaycanın üzdə olan oyunçularının çıxması məqsədəuyğun sayıldı. Çünki bu oyun mərhum prezidentimiz Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində baş tutacaq. Bu üzdən “Atletiko” önünə Azərbaycanın üzdə olan oyunçularının çıxması məqsədəuyğun sayıldı. Bu görüşdə hansı futbolçular və hansı hakimlər briqadasının meydanda olacağına sabah aydınlıq gələcək. Ancaq onu deyə bilərəm ki, burda ölkəmizdə çıxış edən legioner futbolçular olmayacaq. Komandamızın tərkibini üzdə olan azərbaycanlı oyunçular təşkil edəcək. İnanmıram ki, digər klublar öz yerli oyunçularını bu matça buraxmasınlar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail