"Səfərdə qazandığımız bir xal uşaqlarda ruh yüksəkliyi yaradıb"

24.04.2013 | 4779 dəfə oxunub

Topaz Premyer Liqasının son turunda səfərdə "Xəzər Lənkəran"la heç-heçə edən (0:0) "Sumqayıt" Futbol Klubu hazırlığını Bayıl Arenada davam etdirir. Stadium.az xəbər verir ki, kapitan Samir Abasov hazırlıq prosesi barəsində və qarşıdakı "Kəpəz"lə oyun haqqında fikirlərini klubun rəsmi saytına bildirib: "Son turda səfərdə "Xəzər Lənkəran"la qarşlaşmada qazandığımız bir xal bizim üçün olduqca əhəmiyyətlidir. Bu oyunda komandamız sözün əsl mənasında meydanda döyüşdü. Lənkəranda əsl futbol atmosferi hökm sürürdü. Baxmayaraq ki, tribunalarda əvvəlki oyunlardakı qədər azarkeş yer almırdı. Amma meydançanın durumu və hava şəraiti futbolçuları futbol oynamağa sövq edirdi. Səfərdə qazandığımız bir xal uşaqlarda ruh yüksəkliyi yaradıb. İndi sadəcə qarşıdakı "Kəpəz"lə oyunu düşünürük. Bu görüşdən maksimum nəticə ilə ayrılıb vəziyyətimizi bir qədər də yaxşılaşdırmaq istəyirik. Bundan sonra qazanacağımız hər xal bizim üçün qızıla bərabər olacaq".

Samir Abasov hazırda inşa olunan "Sumqayayıt" İdman Mərkəzi haqqında da fikirlərini bildirib. Adıçəkilən futbolçu bir sumqayıt sakini kimi bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib: "İnanın, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun həyətindən içəri daxil olan kimi ürəyim açılır. Bəziləri hər iki meydançanın süni örtüklü olmasını tənqid edir. Amma gəlin reallıqla danışaq, bu şəhərin belə bir idman mərkəzinə ehtiyacı var idi. Buradakı uşaqların yerinə çox sevinirəm. Artıq balalarımız yüksək şəraitdə məşq edib futbolda ilk addımlarını atacaqlar. Bir Sumqayıt sakini kimi şəhərimizdə belə bir idman mərkəzinin salınmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Burada böyüyən uşaqların adından bu qərarı verənlərə çox sağol deyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail