İntizam Komitəsinin növbəti iclası keçirilib

23.04.2013 | 4268 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedici heyətlərin XXVII turunun “Kəpəz” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 77-ci dəqiqəsində “Turan” klubunun 15 №-li futbolçusu Orxan İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XXVII turunun “Neftçi” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXVII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” oyununun 31-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Camal Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XXII turunun “Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XXII turunun “Bakılı” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XXII turunun “Tərəqqi” – “Neftçala” matçının 44-cü dəqiqəsində “Neftçala” klubunun 4 №-li futbolçusu Orxan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Azərbaycan I Divizionunun XXII turunun “Lokomotiv” – “Göyəzən” matçının 45-ci dəqiqəsində “Göyəzən” klubunun 18 №-li futbolçusu Əli İmamverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 60-cı dəqiqəsində “Lokomotiv” klubunun 18 №-li futbolçusu Kənan Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail