Topaz Premyer Liqası, 27-ci turdan məqamlar
Mövsümün “11-liy”i, tarixdə 88
Topaz Premyer Liqasının XXVII turunun “Kəpəz” – “Turan” oyunu daha bir hakimin ölkə çempionatında debütü ilə əlamətdar oldu. Qarşılaşmanı idarə edən Ömər Paşayev həm mövsümdə, həm də tarixdə ilk dəfə güclülər dəstəsi oyununda baş hakim kimi meydana çıxdı. O, cari mövsüm Premyer Liqanın arxada qalan 157 görüşündə (nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunu nəzərə alınmamaqla) fit çalan 11-ci referidir. Ümumilikdə isə 1992-ci ildən keçirilən çempionatlarda bunadək 87 hakim iş başında olmuşdu. Paşayev həmin siyahıya 88-ci kimi daxil oldu.
1 | Əliyar Ağayev | 21 |
2 | Anar Salmanov | 20 |
3 | Rəhim Həsənov | 20 |
4 | Fariz Yusifov | 20 |
5 | Elçin Məmmədov | 20 |
6 | Vüsal Əliyev | 19 |
7 | Rauf Cabbarov | 13 |
8 | Elvin Əsgərov | 11 |
9 | Orxan Məmmədov | 8 |
10 | Ramil Diniyev | 4 |
11 | Ömər Paşayev | 1 |
“Simurq”un tarixində antirekord
Zaqatalanın “Simurq” klubu tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. Bu, Topaz Premyer Liqasının XXVII turunun “İnter”lə səfər matçında gerçəkləşib. Əyalət təmsilçisi 0:5 hesabı ilə uduzmaqla 8 illik tarixində ilk dəfə 5 və daha çox top fərqilə məğlub olub.
Yarandığı 2005-ci ildən “Şəfa”dakı matça qədər 253 rəsmi matç keçirən “Simurq” ən ağır yenilgisini 254-cü görüşdə aldı. Bunadək 86 dəfə məğlub olan komanda birinci dəstədə 3, Azərbaycan kubokunda 6, avrokuboklarda 2, Premyer Liqada 75 dəfə uduzmuşdu. Həmin 86 məğlubiyyətdən ən böyük hesablıları 4 top fərqilə olmuşdu. 4 dəfə 4 top fərqilə yenilən zaqatalalılar 87-ci məğlubiyyətini 5 topla aldı. “Simurq”un 3-dən artıq, yəni 4 və daha çox top fərqilə aldığı məğlubiyyətlərin hamısı Premyer Liqaya təsadüf edib.
“Simurq”un 4 və daha çox top fərqli məğlubiyyətləri
16.05.2010 | Simurq (Zaqatala) - Standard (Sumqayıt) | 0:4 |
21.08.2010 | Neftçi (Bakı) - Simurq (Zaqatala) | 4:0 |
27.11.2010 | Qəbələ - Simurq (Zaqatala) | 4:0 |
16.12.2011 | AZAL (Bakı) - Simurq (Zaqatala) | 5:1 |
20.04.2013 | İnter (Bakı) - Simurq (Zaqatala) | 5:0 |
77 qol və məğlubedilməz AZAL
Topaz Premyer Liqasında final mərhələsinin ilk dövrəsi başa çatıb. Komandaların iki “altılıq”da mübarizə apardığı 5 turluq dövrədə 30 qarşılaşma keçirilib.
Həm 1-6, həm də 7-12-ci yerlər uğrunda mübarizə aparan “altılıq”da 15 oyundan 3-ü heç-heçə bitib. Yəni ümumilikdə 30 matçın 6-sı bərabərliklə nəticələnib.
Dövrənin 30 oyununda qapılara 77 qol vurulub. Orta məhsuldarlıq 2,57-yə bərabər olub. İlk “altılıq”da 34 (orta hesabla 2,27), ikincidə 43 qol (orta hesabla 2,87) vurulub.
Dövrənin ən yaxşısı AZAL olub. Məğlub olmayan yeganə komanda kimi fərqlənən “təyyarəçilər” 5 turda 13 xal qazanıb. “İlk altılığın” ən yaxşısı isə “Qarabağ” olub – 12 xal.
“Rəvan” hamıdan çox – 15 qol vurub. AZAL, “Qarabağ” və “Neftçi” hamıdan az – 4 top buraxıb.
“Kəpəz” xala, “Qəbələ” qələbəyə həsrət qalıb. “Kəpəz”lə “Simurq” hamıdan az – 2 qol vurub, “Turan” isə hamıdan çox – 14 top buraxıb.
1. | AZAL (Bakı) | 4 | 1 | 0 | 11 - 4 | 13 |
2. | Rəvan (Bakı) | 4 | 0 | 1 | 15 - 5 | 12 |
3. | Qarabağ (Ağdam) | 4 | 0 | 1 | 7 - 4 | 12 |
4. | Neftçi (Bakı) | 3 | 1 | 1 | 6 - 4 | 10 |
5. | İnter (Bakı) | 3 | 0 | 2 | 11 - 6 | 9 |
6. | Sumqayıt | 2 | 1 | 2 | 5 - 5 | 7 |
7. | Xəzər Lənkəran | 1 | 3 | 1 | 5 - 5 | 6 |
8. | Bakı | 1 | 2 | 2 | 4 - 5 | 5 |
9. | Simurq (Zaqatala) | 1 | 1 | 3 | 2 - 8 | 4 |
10. | Turan (Tovuz) | 1 | 1 | 3 | 5 - 14 | 4 |
11. | Qəbələ | 0 | 2 | 3 | 4 - 7 | 2 |
12. | Kəpəz (Gəncə) | 0 | 0 | 5 | 2 - 10 | 0 |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |