Penalti alüdəçiliyi ARAŞDIRMA

22.04.2013 | 4277 dəfə oxunub

Azərbaycanda 2012/2013-cü il futbol mövsümündə Avropa kuboklarına vəsiqə uğrunda mübarizə həlledici mərhələyə qədəm qoyub. Artıq Topaz Premyer Liqasında final mərhələsinin ilk dövrəsi və ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları arxada qalıb. Çempionatın son 3 turunda və ilk 1/2 final matçlarında baxımlı futbolla tamaşaçı marağını komandaların penaltiyə aludəçiliyi üstələyib. Elə bir tur olmayıb ki, ilk “6-lıq”dakı oyunların ən azı birində 11 metrlik cərimə zərbəsi təyin edilməsin. Üstəlik, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin hər iki görüşündə penalti qeydə alınıb. Bununla bağlı İdman Araşdırmalar Mərkəzi təhlil aparıb. Stadium.az saytı həmin təhlili təqdim edir.

Topaz Premyer Liqası

XXV tur
6 aprel: “Neftçi” – “Qarabağ” - 1:2
Penalti ilə: Riçard Almeyda, 35 (“Qarabağ”) hesabı açıb.

XXVI tur
13 aprel: “Qəbələ” – “Bakı” – 1:1
Penalti ilə: Rauf Əliyev, 90 (“Bakı”) hesabı bərabərləşdirib.


XXVII tur
21 aprel: “Bakı” – “Qarabağ” – 0:1
Penalti ilə: Riçard Almeyda, 87 (“Qarabağ”) qələbə topunu vurub.

Azərbaycan kuboku

Yarımfinal mərhələsi, ilk oyunlar
17 aprel: “Neftçi” – “Qarabağ” – 2:1
Penalti ilə: Araz Abdullayev, 62 (“Neftçi”) hesabı açıb.


17 aprel: “Bakı” – “Xəzər Lənkəran” – 1:0
Penalti ilə: Marius Pena, 82 (“Bakı”) qələbə topunu vurub.

Yalnız “Neftçi” və “Qarabağ” arasında həm Premyer Liqa, həm də Azərbaycan Kuboku qarşılaşmalarında ilk qol “ağ nöqtə”dən vurulub. Qalan 3 görüşdə isə 11 metrlik cərimə zərbəsi son dəqiqələrə təsadüf edib. Penalti qərarları hərəyə 2 dəfə “Qarabağ” və “Bakı”nın, 1 dəfə “Neftçi”nin lehinə verilib. Bununla yanaşı, “Neftçi”, “Qəbələ”, “Bakı”, “Qarabağ” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə zərərçəkən tərəf olub. Son dəqiqələrdə verilən penalti qərarları 2 dəfə “Bakı”nın, 1 dəfə “Qarabağ”ın işinə yarayıb. Zərərçəkənlərdən yalnız “Qəbələ” və “Xəzər Lənkəran”a penalti vurma şansı tanınmayıb.

Ən maraqlı tendensiya isə ondan ibarətdir ki, XXV turda “Qarabağ”la matçda haqsız penalti cəzasına məruz qaldığını iddia edən “Neftçi” Azərbaycan kubokunun ilk yarımfinal matçında “Qarabağ”ı elə penalti ilə cəzalandırıb. Amma bu dəfə “Qarabağ” narazı qalıb və XXVII tura təsadüf edən “Bakı” ilə görüşü penalti ilə qazanıb. “Bakı”nın özü isə XXVI turda “Qəbələ”ni, Azərbaycan kubokunun ilk yarımfinal matçında isə “Xəzər Lənkəran”ı penalti zərbəsi ilə məyus edib. Əvəzində “Qəbələ” və “Xəzər Lənkəran” haqsız qərarla üzləşdiklərini iddia ediblər.

Penalti qərarını ən ən çox Anar Salmanov verib. O, Premyer Liqada “Qəbələ” – “Bakı”, ölkə kubokunda isə “Neftçi” – “Qarabağ” matçında “ağ nöqtə”ni göstərib. Rəhim Həsənov Premyer Liqada “Neftçi” – “Qarabağ”, Ramil Diniyev “Bakı” – “Qarabağ”, Vüsal Əliyev isə ölkə kubokunda “Bakı” – “Xəzər Lənkəran” oyununda 11 metrlik cərimə zərbəsi təyin edib.

Təhlillər onu göstərir ki, penaltiyə aludəçilik təkcə komandalarda deyil, hakimlərdə də müşahidə olunur. Sanki hakimlər komandaların narazılığını növbəti oyunlarda onların lehinə penalti təyin etməklə sığortalamağa çalışırlar. Bu isə ədalətli oyun qaydaları və tamaşaçı marağı ilə bir araya sığmır. 


İdman Araşdırmaları Mərkəzi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail