Samir Musayev: “Milli nəticə qazanmaq istəyirsə, birinci növbədə Foqts getməlidi”

“Neftçi”dən çox “Qarabağ”ın çempion olmasını istəyirəm”

22.04.2013 | 11099 dəfə oxunub

Rubrikamızın bu dəfəki qonağı Azərbacan futbolunun gənc veteranlarından olan Samir Musayevdi. 1979-cu il martın 17- Gürcustanın Dmanisi rayonunun Qizilkilsə kəndində anadan olan Samir müxtəlif illərdəNaxçıvan”, “Dinamo” (Bakı), “Şəfa”, “Simurq”, “Olimpik”, “Turanın formasını geyinib. Karyerasının böyük hissəsini AğdamınQarabağkomandasında keçirən futbolçu çempion ola bilməsə , 3 dəfə gümüş, 2 dəfə isə bürünc medalları boynundan asa bilib. Bundan başqa SamirŞəfaQarabağın heyətində iki dəfə Azərbaycan Kubokuna sahib çıxıb. Aşağı yaş qrupu üzrə bütün milli komandalarda çıxış etməklə yanaşı, əsas komandanın heyətində 14 dəfə medanda olub, 1 dəfə fərqlənib. HazırdaQarabağfutbol klubunda məşqçi kimi çalışan Musayev 17 yaşlı futbolçulara bu sənətin sirlərini öyrədir. Beləliklə, Samir Musayev: “Mən futbolçu olanda...”

*Uşaqlıq illərim Gürcüstanda keçib, orada yaşamışam, məktəbə getmişəm. Bakıda ev almışdıq, 90- ildə bura köçəsi olduq. Bakıya ilk gəlişim yanvarın 19-u axşama təsadüf etdi. Yollar bağlı idi, tanklar, əsgərlərlə dolu idi. Evə çatandan az sonra atışma başladı. Heç kim evdən bayıra çıxmadı. Hətta özümüzü bura gəlməkdə bir qədər günahlandırırdıq da. Sonradan tədricən  hər şey qaydasına düşməyə başladı.

*246 saylı məktəbdə təhsilimi davam etdirmişəm. Məktəbin nəzdində karate kursları var idi. Karate ilə məşğul olurdum. Bir gün məktəbə rəhmətlik Hüseyn İsmayılov gəldi  uşaqlara futbol kurslarına yazılmağı məsləhət gördü. Ümumiyyətlə, uşaqlıqdan iki idman növünə hədsiz həvəsim olubboksa futbola. Ertəsi gün artıq Hüseyn müəllimin yanında idim. 8-ci mikrorayondakı rezin meydançada məşq keçirdi. İlk məşqimi ölənə kimi unutmaram. O qədər uşağın içində təkcə mən ayaqqabı ilə məşq elədim. Çox utanırdım. Həm o vaxt ailəmizin maddi vəziyyəti ağır idi. Sonradan ora gedən 40-a yaxın uşaqdan cəmi 3-4-ü qaldı. Asif müəllim dəfələrlə məni gerikarate ilə məşğul olmağa çağırdı. Amma artıq seçimimi etmişdim. Uşaq vaxtı Bakını yaxşı tanımırdım. Harada futbolla, ya da boksla məşğul olmaq olar, bilmirdim. Hüseyn müəllimin məktəbimizə gəlişi həyatımı dəyişdi. Allah ona rəhmət eləsin, üstümüzdə haqqı çoxdu. Hüseyn müəllimlə yanaşı, o vaxt məşqçimiz olan Anatoli Qryazev bizə çox şey öyrətdi. Yaxşı yadımdadı, evsiz idi, həmin stadionun paltardəyişmə otağında qalırdı.

üİlk dəfə yığma komandaya Nikifirov tərəfindən dəvət almışam. 16 yaşım hələ tamam olmamışdı. 2 il sonra Vaqif Sadıxovun rəhbərlik etdiyi U-18-ə keçdim. İlk oyunum Makedoniyaya qarşı olub. 2:1 qalib gəlmişdik, gözümü partlatmışdılar. Əsas millidə isə İqor Ponomaryovun vaxtında Slovakiya ilə səfər oyununda debüt etmişəm. Həmin matçdan bir gün əvvəl slovakların olimpiya komandası ilə qarşılaşmışdıq. 4:0 uduzduq. Oyundan sonra yorğun olmağımıza baxmayaraq Ponomaryov məni, Samir Əliyevi səhv etmirəmsə, Emin İmaməliyevi əsas komandanın məskunlaşdığı şəhərə apardı. Ertəsi gün yığmada ilk oyunuma çıxdım. Yenə uduzduq – 3:1. Qeyd edim ki, o vaxt Slovakiya yığması çox güclü idi, heyətində bir çox Avropa dövlətlərində futbol oynayan idmançılar vardı. İlk yeganə qolumu Estoniya ilə səfərdə keçirilən yoldaşlıq oyununda vurmuşam. Ən yaddaqalan oyunum isə Qazaxıstanla Bakıda 1:1 hesabı ilə başa çatan görüş olub. Həmin vaxtı qələbə topunu vurmaq üçün əlverişli imkanı qaçırdım. Bir Uelslə Kardiffdəki oyun heç vaxt yadımdan çıxmaz. “Milleniumu ilk dəfə görəndə ayaqlarım əsməyə başladı. Boş tribunalar önündə adamı vahimə basırdı, o da ola oyun vaxtı. Topu götürməyə gedirdin, bir görürdün ki, azarkeş düzağzının içindədi. Bir növ azarkeşlərlə futbolçular vəhdət təşkil edirdi. Həm bizimlə oyunda 80 min  azarkeşin hamısı qırmızı geymişdi, komandaya möhtəşəm dəstək vardı. Bilmirdin oyuna baxasan, ya onlara. Hər şey möhtəşəm idi. Uelslə oyunda meydana çıxmaq qismətim olmadı. Ehtiyatda qaldım. Yeri gəlmişkən, həmin oyunu uduzmuşduq – 4:0. Kardiffdəki oyundan sonra futbolda qədər geri qaldığımızın fərqinə vardım.

*İlk dəfə yarışlara “Naxçıvan”ın heyətində çıxmışam. 1-ci dəstədə oynayırdıq. Yüksək dəstədə oynayan komandalara vurduğum ilk qol daNaxçıvanın heyətindəBakı fəhləsiilə Kubok oyununda olub. Sonradan BakıDinamosuna getdim. Hərbi xidmətimi orada keçirmişəm. 4 iləDinamoda çıxış edəndən sonraŞəfada, ardıncaQarabağda oynadım. Karyeramın ən gözəl günləriQarabağda olub. Ağdam klubu ilə çox uğurlara imza atmışam, yüksək dəstədə vurduğun 87 qolun əksəriyyətiQarabağın heyətində olub. Kubok oyununun yarımfinalındaNeftçi, daha sonraZimbruya  vurduğum qolların xüsusi yeri var. Yeri gəlmişkən, 2003-04 mövsümündə 20 topla bombardir olanda daQarabağda idim.

*Rasim Karanın gəlişindən sonra transferə çıxarıldım. Məni komandada nəyə görə saxlamaq istəmədiyini indi bilmirəm. Düzü oradan gedəndən sonra karyeramda eniş başladı. İki il əvvəl isə futbolu buraxmaq qərarına gəldim. Çünki, artıq yaş öz sözünü deyirdicavanlarla ayaqlaşmaq çətinləşirdi. Həm legioner limitinin artırılması futboldan getməyimdə rol oynadı. Mənim kimi bir çox futbolçularınSamir Əliyev, Emin Quliyev başqalarının futbolla erkən vidalaşmasına legioner limiti səbəb oldu. Yoxsa daha 1-2 il oynamağı bacarardıq.

*Azərbaycan 20 il ərzində çempionatında bu qədər format dəyişməsinə görə Ginnesin rekordlar kitabına düşə bilər. İndi altılıqsistemini ləğv etdilər. Əslində bu sistemdən imtina lazım idi. Amma 10 komanda ilə keçiriləcək çempionat da futbolumuza xeyir verməyəcək. Komandaların sayı artırılsa, daha yaxşı olar. Arada söz-söhbət gəzir ki, növbəti mövsüm Preymyer Liqada 14 komanda olacaq. “TuranlaKəpəzyüksək dəstədə qalacaq, “aşağıdan isə daha 2 komanda gələcək. “TuranKəpəzdemişkən, bu komandaların indiki vəziyyəti adamda təəssüf hissi oyadır. Heyf ki, həmin bölgədə futbol acınacaqlı vəziyyətə düşüb. Tovuzda, Gəncədə futbola sərmayə yatıran insanlar olsa, bilirsiniz qədər yaxşı futbolçu ortaya çıxar? Ad uğrunda, qacanc uğrunda vuruşurlar, ortada komandalar batır. Bir şəhərin stadionunun işığını borca görə kəsilirsə, buna ad vermək olar? Başa düşürəm, borc ödənməlidi, amma komanda da sizin di axı, yerli camaatındı.

Yeni qərar qəbul edilib ki, 1-ci dəstədə çıxış edən komandalıran əsas heyətində 8 nəfər 21 yaşına kimi futbolçu oynamalıdı. Çox gülünc qərardı. Bəs qalanları etsin? Əksəriyyəti ailə-uşaq sahibidi, onları necə dolandırsınlar? Fikrimcə, futbolumuzun inkişafını istəyirlərsə, yerlilərə oynamağa şərait yaratmalıdlar. Legioner limiti azaldılmalıdı. Belədə, öz futbolçularımızın oynamasına şərait yaranacaq. Ən azından rəqabət olacaq. Məlum məsələdi ki, limitin azaldılması bəzi insanlara sərf etmir. Yaxşı pul qazanırlar axı. YaxınlardaBakı” – “İnteroyununa baxırdım. Milliləşdirilmiş legionerləri çıxmaq şərtilə, meydanda olan 22 futbolçular cəmi 5-i yerli idi. Bununla futbolumuzu inkişaf etdirmək olmaz.

*Yığmada vəziyyət daha acınacaqlıdı. Milli nəticə qazanmaq istəyirsə, birinci növbədə Foqts getməlidi. Premyer Liqada iki lider komanda qarşılaşır, Foqts isə hansısa turnirdə qolf oynayır. Ötən mərhələdə 7 xal yığmışdılar, toy-bayram edirdilər. Ermənilər 17 xalla 3- oldular. Avropa Çempionatının finalına getməyə 1 topları çatmadı. İrlandlara 2:1 uduzdular, 2:2 olsa idi, ikinci yeri tutacaqdılar. Onda gərək ermənilər futbolçuların hamısına qəhrəman adı verərdilər. Foqts gəldiyi gündən indiyə kimi eyni sözləri təkrarlayır: “Əlimdə material yoxdu”. Material yoxdu, istefa ver get ölkənə. Sərf eləmir axı. Gül kimi oturub maaşını alır. Harada görünüb ki, 2 il futbolsuz qalan oyunçunu millinin əsas heyətdə oynadasan? Söhbət Daniel Axtyamovdan gedir. Yaxşı məşqçi olsaydı elə Nigeriyada, Şotlandiyada qalıb işləyərdi. Nigeriyada onu məhkəməyə veriblər. Şotlandiyaya girməsinə qadağa qoyulub. Şotlandlar özləri deyirlər ki, Foqts bizim futbolu 10 il geri saldı. Azərbaycana gəlməmişdən əvvəl onu Gürcüstana aparmaq istəyirdilər. Yaşlı nəsil imkan vermədi. İndi öz məşqçiləri var. Yaxşı da nəticələr qazanırlar. Millini azacıq da olsa düşünən varsa, ora yerli baş məşqçi təyin olunmalıdı. O qədər futbol mütəxəssislərimiz var  – Şahin Diniyev, Vaqif Sadıxov, ağasəlim Mircavadov. Lap əcnəbi istəyirlərsə, “İnterdən Kaxaber Sxadadzeni gətirsinlər. Həm yerli mühitə bələddi, həm istedadlı məşqçidi. Ancaq bir şərtlə, almana yaradılan şərait onlara da verilməlidi. Ad-sana görə məşqçi seçmək yanlış addımdı. Reklam kimi yaxşı görünür, amma bizə reklam yox nəticə lazımdı. Yaxşı nəticə özü bir reklamdı.

görənəcəklik desən bizdən çıxır. Hələ indiyə kimi eşitməmişdim ki, hansısa komanda uduzduğuna görə mükafat alsın. Bunu ilk dəfə Azərbaycanda millinin timsalında gördüm.

*Hazırda çempionluq uğrunda gərgin mübarizə 3 komanda – “İnter”, “Neftçi” və “Qarabağ” arasında gedir. Qarabağilkaltılıqda yeganə komandadı ki, heyətinin əksəriyyəti azırbaycanlılardan təşkil olunub. Həm bu klubda istər mən oynadığım vaxtlar, istərsə indi digər komandalardan fərqli olaraq, heç kim baş məşqçinin işinə qarışmır. Məşqçiyə sərbəstlik verilib. Bunun nəticəsidi ki, Qurban Qurbanov neçə ildi komandadadı. Nəticələr öz yerində. Çempionluğa gəlincə, birincilikdə yeganə məzmunlu oyunuQarabağgöstərir. Orada işlədiyimə görə demirəm. Məhz buna görəNeftçidən çoxQarabağın çempion olmasını istəyirəm.

*Hazırda “Qarabağ”da 17 yaşlı uşaqlarla işləyirəm. İstedadlı gənclər çoxdu. Amma futbolumuzun hər sahəsində çatışmazlıq olduğu kimi, uşaq futbolunda dadeffektlər çoxdu. Birinci problem məşqçilərlə bağlıdı. Klubların nəzdində fəaliyyət göstərən uşaq məşqçilərinin əksəriyyəti futboldan bixəbərdilər. Ad çəkməyəcəm, 20 il futboldan dərs deyən adam adicəCkateqoriyasını ala bilmirsə, necə olur ki, ona komanda tapşırırlar? Yaxşı ki, bizim nəsil futboldan tez ayrıldı. Uşaqlara məşqi keçmiş futbolçular keçməlidi. Həm klublar həmin mütəxəssislərə xaricdə təhsil almaq üçün şərait yaratmalıdılar.

*Futbolun inkişafı üçün lazım olan şərtlərdin biri də müasir stadionların, bazaların tikilməsidi. Hazırda bir çox klublar bu yöndə aparırlar. Düşünürəm ki, yaxın 3-4 ildə olmasa da, 10 il sonra bunun bəhrəsini görəcəyik. Çünki, hazırda məşq keçdiyim 17 yaşlı uşaqlardan uğur gözləmək olmaz. Düzdü, aralarında istedadlı uşaqlar var, amma baxırsan ki, futbol üçün tam yetişməyiblər. Birinin texnikası var, oyunu görmə qabiliyyəti yoxdu. Digərinin yaxşı göstəriciləri var, amma psixoloji cəhətdən axsayır. Bütün bunlar hamısı futbolçuya uşaq vaxtından aşılanmalıdı. Bir uşağa indidən anlatmaq lazımdı ki, “bala sən böyüyüb yaxşı pul qazanacaqsan, şan-şöhrətin olacaq, məşhurlaşacaqsan. Qudurmaq lazım deyil”.  

*“Qarabağ”da olarkən, “Bakı” ilə qarşılaşırdıq. Oyun vaxtı Yaşar Abuzərov məni təhqir etdi. Əsəblərimi cilovlaya bilmədim, sillə vurdum. Yaşar üzünü tutaraq, yerə yıxıldı. Yan xətt hakimi Fariz Yusifov idi. Epizodu görsə , nədənsə meydandan qovulmadım. Axşam kanalların birində həmin epizodla bağlı müzakilələr gedirdi. Məni əməlli-başlıyıxıb-sürüdülər”. Tənqid bir yana, həmin epizodu göstərəndə sillə vurulan anı elə montaj etmişdilər ki, güya səs çıxır – “şapp”. Sonradan mənə 3 oyunluq cəza verdilər. Yeri gəlmişkən, Yaşar məndən 2 yaş böyükdü, ona xüsusi hörmətim var. Amma, özü bilir ki, futbolçu meydanda olanda dostluq-qardaşlıq münasibətləri keçir arxa plana.

*“Olimpik”də Əsgər Abdullayevin vaxtında zədələnmişdim. Yenə Bakıilə oynayırdıq. Əsgər müəllimə zədəli olduğumu dedim. Etiraz etdi ki, adını “18”liyə salmışam. Ehtiyatda oturarsan. Oyun başa çatırdı, hesab isə açılmamışdı. Abdullayev həkimə tapşırdı ki, dizimə iynə vursun məni medana buraxdı. Cəmi 3-4 dəqiqə oynadım. Qol vuran kimi məni başqası ilə əvəzlədi. Zədəli idim axı.

İlqar TAĞIYEV, Het-trik news




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail