"Atletiko"nun seleksionerləri artıq Bakıdadırlar

22.04.2013 | 3820 dəfə oxunub

Daha əvvəl elan olunduğu kimi, "Bakı" ilə "Atletiko" arasında əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən, seçilmiş gənc azərbaycanlı futbolçular İspaniyanın dünyaca məşhur Madrid klubunun bazasında təlim alacaqlar. Uzunmüddətli proqram əsasında İspaniyaya yollanacaq futbolçuların seçimi "Atletiko"nun məşqçi-seleksiyaçılarına həvalə olunub.

Stadium.az xəbər verir ki, artıq 3 nəfərdən ibarət seleksiyaçı məşqçilər Bakıdadırlar. Dünən Daniel Gonsales Sanz, David Bellver və Xuanxo Rodrigez 11-13 yaşlı futbolçuların yarışlarını izləyiblər. Müşahidələr bir neçə gün davam edəcək. 

1 həftə ərzində aparılan analizlər nəticəsində ən perspektivli futbolçular müəyyənləşəcək və onların siyahısı hazırlanaraq klub rəhbərliyinə təqdim olunacaq. Bu siyahıda tək "Bakı" futbol klubunun deyil, istənilən qurumun nümayəndəsi yer ala bilər. 

Seleksiya işləri başa çatdıqdan sonra siyahı elan olunacaq.

Seçilmiş uşaqlar yay aylarındna etibarən Madridə yollanaraq futbol təlimləri ilə bərabər klassik təhsil də alacaqlar.

Layihənin bütün xərclərini "Bakı" futbol klubu qarşılayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail