"Vüsal Əliyev həmin epizodda penalti verməsəydi, biabırçılıq olardı" Müsahibə
"Xəzər Lənkəran" klubunun idman direktoru Babək Quliyev Futbolxeber.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- Dünən komandanız ölkə kubokunun 1/2 final mərhələsinin ilk
oyunu çərçivəsində "Bakı"ya 0:1 hesabı ilə uduzdu. Əvvəlcə həmin
oyunla bağlı fikirləriniz bilmək istərdik?
- Komandamız dünən çox zəif oynadı.
Bunun da nəticəsində məğlub olduq. Heyətlə bağlı bəzi problemlərimiz var idi.
Eləcə də komandamız fiziki cəhətdən zəifdir.
Fiziki baxımdan komandada çatışmazlıqlar var. Bu, ikinci hissədə özünü daha
açıq şəkildə göstərdi. İlk yarıda normal oynasaq da, fiziki cəhətdən
hazırlıqsız olmağımız ikinci yarıda sözünü dedi. Buna görə də rəqib üstün
oynayaraq, qələbə qazandı. Hələ Orxan Sadıqlı olmasaydı, daha böyükhesabla
uduzacağdıq. O dünən əla çıxış edərək, bir neçə epizodda komandamızı real
qoldan xilas etdi.
- Qeyd etdiniz ki, komandanız fiziki cəhətdən zəifdir. Bu problem nədən qaynaqlanır?
- Bu ondan irəli gəlir ki, komanda
qış fasiləsi zamanı Antalyada fiziki baxımdan ciddi hazırlıq keçməyib. Həmin
vaxt fiziki məşqlərə lazımı qədər diqqət ayrılmayıb. Bunun acısını da komanda
indi çəkir. Fiziki cəhətdən zəif olmağımız dünənki oyunda məğlubiyyətə gətirib
çıxardı.
- Bu barədə komandanızın fiziki hazırlıq üzrə məşqçisi Erik
Roketa ilə söhbətiniz olub?
- Hələlik heç kimlə söhbətimiz
olmayıb. Mövsümün sonunu gözləyirik. Mövsüm başa çatdıqdan sonra təkcə Roketa
ilə deyil, hər kəslə ciddi söhbətimiz olacaq. O cümlədən də futbolçularla.
- Belə başa düşdük ki, təkcə Roketadan deyil, bəzi
futbolçulardan da narazısınız. Həmin oyunçuların adlarını açıqlaya bilərsiniz?
- Xeyr, indidən ad açıqlaya bilmərəm.
Mövsümün sonunda özünüz hər şeyi görəcəksiniz.
- Klub rəsmisi kimi deyil, keçmiş FİFA referisi kimi dünənki
oyunda Vüsal Əliyevin təyin etdiyi penalti epizodunu dəyərləndirməyinizi istərdik.
- Mən hər zaman demişəm ki, Azərbaycanda şərəf və ləyaqətini
qoruyan, simasını itirməyən 3-4 hakim varsa, onlardan biri də Vüsal Əliyevdi.
Dünən yanılmadığımı bir daha anladım. Vüsal Əliyev oyunu yaxşı idarə etdi. Onun
təyin etdiyi penalti qərarı tam haqlı idi. Əgər, o həmin epizodda bizim
qapımıza penalti verməsəydi, bax, bu, biabırçılıq olardı.
- "Xəzər Lənkəran"a gəldikdən sonra hakimlərlə bağlı
hər hansı bir narazılığınız olub?
- Xeyr, heç bir narazılığım
olmayıb. Heç bundan sonra da olmasını istəməzdim. Özüm də əvvəl hakim olmuşam.
Hakim də insandı, səhv edə bilər. Amma biz "Xəzər Lənkəran" klubu
olaraq hər zaman təmiz hakimliyin tərəfdarı olmuşuq. Hakimin bizə kömək etməsini
heç vaxt istəmərik. Qoy, hakim nə var, onu da versin. İstəyimiz yalnız düzgün
hakimlikdi.
- Hakimlikdən söz düşmüşkən, bir məsələ ilə bağlı fikirlərinizi
öyrənmək maraqlı olardı. Yəqin ki, dünən keçirilən "Neftçi" -
"Qarabağ" oyununu izləmisiniz. Sizcə, Anar Salmanovun penalti qərarı
düzgün idi?
- Bu haqda danışmaq istəmirəm.
- Biz "Xəzər Lənkəran" rəsmisi kimi yox, keçmiş
FİFA referisi kimi sizin fikirlərinizi öyrənmək istəyirdik.
- Sizi başa düşürəm. Amma mən
ekspert deyiləm. Hər nə qədər keçmiş FİFA referisi olsam da, bugünkü gündə
"Xəzər Lənkəran"da çalışıram. Ona görə də digər klubların oyununda
baş verən epizodu dəyərləndirməyim düzgün çıxmaz. "Xəzər Lənkəran"la
bağlı nə sualınız varsa, buyurun.
- Dünənki məğlubiyyətdən sonra "Xəzər Lənkəran"ın
finala yüksəlmək şansını necə dəyərləndirirsiniz?
- Kubok oyunu 2 matçdan ibarətdir.
Düzdür, dünən komandamız pis oynadı. Bayaq da dediyim kimi, Orxan Sadıqlının
sayəsində böyükhesablı yenilgidən qaçdıq. Amma şansımız hələ də qalır. Rəqib
bizi cəmi 1 topla üstələyib. Buna görə də cavab oyununda həmin yenilginin əvəzini
çıxmağa, finala yüksəlməyə çalışacağıq. Düzdür, bu, heç də asan olmayacaq. Amma
sona qədər mübarizə aparacağıq.
- Komandanızın üzvü Ağabala Ramazanov hazırda hərbi xidmətdədir.
Sərhəd Qoşunlarında xidmət etdiyinə görə komanda ilə birgə səfər oyunlarına
yollana bilmirdi. Son turda "Turan"a qarşı baş tutan matçdan sonra da
Con Toşak Ağabalanın yoxluğunu qeyd etmişdi. Amma dünənki oyunda Ramazanov
meydandan idi. Onun əsgərlik problemini necə həll etdiniz?
- Bu məsələni klub prezidenti həll
etdi. Sərhəd Qoşunlarının komandanı da sağ olsun ki, Azərbaycan futbolunun
inkişafı üçün Ağabalaya şans yaratdı. O da başa düşür ki, Ramazanov gənc, perspektivli
futbolçudur. Həm də Ağabalanın hərbi xidmətinin başa çatmasına cəmi 2 ay qalıb.
- Bu məsələ birdəfəlik həll olundu, yoxsa yalnız
"Bakı" ilə oyuna şamil olunmuşdu?
- Yox, birdəfılik həll olundu. O hərbi
xidmətini davam etdirməklə yanaşı, məşqlərdə, oyunlarda da iştirak edəcək.
Ağabala bundan sonra Lənkərandan kənarda baş tutacaq digər oyunlarda da iştirak
edəcək.
- Keçən dəfə söhbət edərkən bildirmişdiniz ki, bu günlərdə
komandaya daha bir məşqçi qoşulacaq. Kameron Toşak artıq düşərgəyə gəlib?
- Bəli, Conatan Kameron Toşak artıq
kluba qoşulub. Aprelin 16-da ölkəmizə təşrif buyuran Kameron Toşak dünən
"Bakı"ya qarşı keçirilən matçı da tribunadan izlədi. Sabahdan isə o
komandanın məşqlərində iştirak edəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |