Bandoviç: "Çox qol vura bilmədiyimizə görə təəssüflənirəm"

17.04.2013 | 4029 dəfə oxunub

"Qələbə qazandığımız üçün sevinirəm. Komandam həm ilk, həm də ikinci yarıda nizam-intizamlı, gözəl futbol sərgilədi. Bu cür əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm". Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra "Bakı"nın baş məşqçisi Bojidar Bandoviç deyib.

B.Bandoviç çox qol vura bilmədiklərinə görə, təəssüfünü gizlətməyib: "Bu gün rəqibdən daha yaxşı oynadıq. Yalnız daha çox qol vura bilmədiyimizə görə təəssüflənirəm. Bir qədər dəqiq oynasaydıq, hesab arasındakı fərq daha böyük ola bilərdi".

Hələləlik cavab oyunu haqda düşünmədiklərini qeyd edən Bandoviç penaltini epizodunu şərh etmək istəməyib: "İndidən cavab oyununu fikirləşmək düzgün olmazdı. Bizi çempionatda mühüm oyunlar gözləyir. Vaxtı çatanda Lənkərandakı matç haqda da düşünəcəyik. Penalti epizodunu şərh etmək istəmirəm. Bu haqda dəqiq fikir yürütmək üçün epizodun videoyazısına baxmaq lazımdı". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail