Ukrayna mətbuatı Fomenkodan yazdı

17.04.2013 | 4210 dəfə oxunub

"İnter"də çıxış edən ukraynalı hücumçu Yuri Fomenko öz ölkəsinin mətbuatı tərəfindən də diqqət mərkəzində saxlanılır. Stadium.az xəbər verir ki, Ukraynanın sport.ua saytı "İnter"in şərəfini qoruyan Y.Fomenko haqqında bunları yazıb: "Azərbaycan Premyer-Liqasında çıxış edən "Qellios"(Xarkov) klubunun sabiq hücumçusu Yuri Fomenkonun işləri pis getmir. Hazırda futbolçumuz Azərbaycanın ən iddialı komandalarından olan "İnter"in formasını geyinir. Hücumçu bu kluba qış transfer pəncərəsində Cənubi Qafqaz ölkəsinin ortabab klublarından sayılan "Kəpəz"dən keçmişdi. Hazırda Azərbaycan çempionatında "pley-off" mərhələsinin görüşləri keçirilir və bütün klublar iki qrupa bölümüşdür. Bakının "İnter" klubu 1-6 yerlər uğrunda mübarizə aparır və final mərhələsinin 4 turundan sonra bu komanda 47 xalla 3-cü pillədədir. Həlledici mərhələnin 4-cü turunda "bankirlər" səfərdə əsas rəqiblərindən biri olan "Qarabağ" klubuna 2:3 hesabıyla məğlub oldular. Bu matçda da fərqlənən Fomenko final mərhələsində vurduğu qolların sayını 3-ə çatdırdı və bu nəticəylə hücumçu "Qarabağ" klubunun braziliyalı futbolçusu Riçardla birgə "pley-off"un ən sərrast futbolçular siyahısına başçılıq edir. Hər iki oyunçunun aktivində 3 qol var."




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail