“İnter” “Simurq”la oyuna hazırlaşır

16.04.2013 | 4367 dəfə oxunub

Premyer Liqanın 26-cı turu çərçivəsində “Qarabağ”la (3:2) keçirilən səfər oyunundan sonra “İnter”in futbolçuları “Şəfa” stadionunda bərpa məşqinə çıxıblar. Stadium.az xəbər verir ki, dünən isə komandaya birgünlük istirahət verilmişdi.  

Artıq bu gün Kaxaber Tsxadadzenin yetirmələri yenidən “Şəfa” stadionunda bir araya gələrək gün ərzində iki dəfə məşq etdilər. Sabah daha bir məşqin keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, məşq prosesində “Qarabağ”la oyunda zədə almış Vladimir Levin iştirak etmirdi. Kapitanın “Simurq”la keçiriləcək oyunda iştirakı sual altındadır. Bundna başqa, sarı vərəqə limitini keçdiklərinə görə Arif Daşdəmirov, Asif Məmmədov və Fuad Bayramov zaqatalılarla oyunda meydançaya çıxa bilməyəcəklər. 

Xatırladaq ki, Azərbaycan Çempionatının 27-ci turunda keçiriləcək “İnter” - “Simurq” qarşılaşması aprelin 20-də “Şəfa” stadionunda baş tutacaq. Oyun saat 19.00-da başlayacaq.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail