Nikolov: "Bəzi komandalar şeypur çalmağa başlayıblar ki..."

16.04.2013 | 4436 dəfə oxunub

"İnter"in prezidenti Georgi Nikolov klubun saytında növbəti bloqunu yazıb. Stadium.az xəbər verir ki, bolqar klub prezidenti əvvəlcə futbolçuların inanclarından söz açıb: “Futbolçular meydana çıxanda onların rituallarına maraqla baxıram. Kimisi meydana əlini sinəsinə vuraraq xaç çəkir, kimisi mütləq sol (sağ) ayağını atır, kimisi yuxarı baxır, kimisi barmağını göstərir... Maraqlı inanclardır, hər biri də özünəməxsus”.

Daha sonra Nikolov bəzi klub rəsmilərinə də söz atıb: "Prezidentlər və digər funksionerlər də insandır. Mən tez-tez belə magiyalı rituallarda fikir tuturam. Məsələn, rəqib hücum edəndə, barmaqları birləşdirirəm. Öz-özümə deyirəm ki, “Kişi, bu, işləyir, bax - bizim komanda bu günə kimi cəmi 18 qol buraxıb. Artıq bəzi komandalar isə təntənə ilə şeypurlar çalmağa başlayıblar ki, biz çempion olacağıq... Məsləhət görürəm ki, tələsməyin! Arxı keçməmiş “hop” deməyin. Məsələn, son matçımız zamanı kimsə zərbədən əvvəl qol qışqırdı. Top dirəyə dəydi...”. 

Nikolov fikrini belə tamamlayıb: "İlk “altılığ”ın sonuna 6 oyun qalıb, bunlardan hər biri 6 xallıqdır... Bu da sizin üçün 666. Numerologiya nöqteyi-nəzərdən yetərincə pis kombinasiyadır. Bəxt kiminsə təkərinə taxta qoyub, kiməsə bunu etməyə hazırlaşır. O, özünə hörmət edən qadın kimi dəyişkəndir. Yeri gəlmişkən, bu köşə yüz faiz zarafatdır. Ancaq insan onu döngədə nə gözlədiyini bilə bilməz”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail