"Arşavin Azərbaycana gəlsə, bütün ölkə hay-küy qaldıracaq"

16.04.2013 | 4955 dəfə oxunub

"Təbii ki, Azərbaycan çempionatı İngiltərə Premyer Liqası deyil. Amma orada yaxşı büdcəyə malik olan 5-6 klub - "Neftçi", "Bakı", "Qarabağ", "Xəzər Lənkəran", "İnter", "Qəbələ" çempionluq uğrunda mübarizə aparır". Stadium.az xəbər verir ki, bu sözləri vaxtı ilə "Simurq"da çalışmış, ötənlərin məşhur futbolçusu Sergey Yuran deyib.

Yuran qeyd edib ki, Azərbaycan çempionatının səviyyəsin onu təəccübləndirib: "Azərbaycan çempionatının səviyyəsi məni sözün yaxşı mənasında təəccübləndirdi. Buna görə böyük məmuniyyətlə yenidən orada çalışaram".

Sergey Yuran Andrey Arşavinin ölkəmizdə çıxış edəcəyi haqda yayılan xəbərlərə də toxunub: "Arşavin məsləhət üçün fikrimi soruşsa, onu yolundan döndərməyə çalışmayacağam. Rusiyada onu daha əldə gəzdirməyəcəklər. Amma orada bütün ölkə hay-küy qaldıracaq: Arşavin gəldi! Əminəm ki, Andrey yenidən insanların sevgisini və hörmətini qazanmaq istəyir. Amma bunu oyunla etmək lazımdı, sıravi bir model kimi yox. Çünki Azərbaycan çempionatına elə-belə gözlə baxmaq olmaz, orada heç kim Arşavinə 1 ayaqla oynamağa imkan verməyəcək".

"Simurq"un çalışdırıcısı Lənkarandan da söz açıb: "Deyəsən, ora İrana yaxın ərazidir. Əla stadion var, azarkeşlər futbolu çox sevirlər. Təbii ki, Lənkəran Moskva, və ya Piter deyil, amma orada insanlar sevimli komandalarına çox yaxşı azarkeşlik edirlər. Arşavin qərar qəbul edərkən bilməlidir ki, Lənkəran meqapolis deyil. Teatr və ya italyan restoranı ilə bağlı orada hər şey qaydasında deyil. Lakin yerli mətbəx çox dadlıdır - kabab, qoyun əti".

Sonda Yuran Qazaxıstandan fərqli olaraq, Azərbaycan futbolunda heç bir maddi problemin olmadığını, əmək haqqının heç vaxt gecikmədiyini qeyd edib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail