Fuad Bayramovun 70-ci oldu

15.04.2013 | 9238 dəfə oxunub

Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilən “Qarabağ” - “İnter” matçı bir sıra maraqlı statistik göstəricilərlə də yadda qaldı. Stadium.az xəbər verir ki, bu oyunda qol vurmuş Fuad Bayramov Azərbaycan çempionatlarının tarixində fərqlənən “İnter”in sayca 70-ci futbolçusu olub. Xatırladaq ki, Azərbaycan Çempionatında “İnter”in ən yaxşı bombardiri aktivində 28 qol olan uruqvaylı Valter Quqlemondur. 22 qolla Xaqani Məmmədov fərqlənib, 17 topun müəllifisə Robertas Poşkus olub. Hazırda “İnter”in heyətində çıxış edən futbolçular arasında ən çox qol Baçana Tsxadadzenin aktivindədir - 15. Gürcü forvardı 14 qolla Petar Zlatinovu izləyir. Vladimir Levinin və Nizami Hacıyevin aktivində 11 qol var.

Qeyd edək ki, 2004-cü ildən etibarən “İnter” çempionat çərçivəsində 258 oyun keçirib. Komanda bu oyunlarda 141 qələbə əldə edib, 70 heç-heçəyə imza atıb və 47 məğlubiyyətlə barışıb. Bu qarşılaşmalarda “İnter” 359 dəfə rəqib qapısından top keçirib və 174 top da qapısından buraxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail