"Simurq" mübarizəyə hazırdır

13.04.2013 | 3925 dəfə oxunub

Topaz Premyer Liqasının 27-ci turunda “Neftçi”ni qonaq edəcək "Simurq" dünən sonuncu məşqinə çıxıb. Stadium.az xəbər verir ki, bir saatdan artıq davam edən hazırlıq prosesində sarı-qaraların heyətində Aleksandr Şemonayevdən başqa hər bir kəs iştirak edib. Qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri qısa ötürmələr üzərində çalışıb. Daha sonra isə 3 qrupa bölünərək “kvadrat” oynayıblar. Məşqin sonunda isə ikitərəfli oyundan sonra qapıya sərbəst zərbələr üzərində çalışılıb. Bundan sonra hazırlığı tamamlayan “Simurq” istirahətə çəkilərək, görüşün başlama vaxtını gözləməyə başlayıb.

Rəqiblərin premyer liqada 15-ci dueli ərəfəsində “Neftçi”nin böyük üstünlüyü var. Zaqatala təmsilçisi son 6 oyunda paytaxt təmsilçisini məğlub edə bilməyib. Hətta sarı-qaralar indiyənə qədər doğma arenada “Neftçi”yə qalib gəlməyi bacarmayıb. Cari mövsümdə ikisi Azərbaycan Kubokunda olmaqla 4 dəfə üz-üzə gələn rəqiblərin görüşündə də Böyükağa Hacıyevin yetirmələri üstün olub. “Simurq” bu il Zaqatalada ilk məğlubiyyətində məhz “Neftçi” ilə görüşdə alıb.  

"Simurq"da Aleksandr Şemonayev sarı vərəqə limitini doldurduğundan forma geyinə bilməyəcək. O cümlədən, Nicat Qurbanovda “Neftçi”dən icarə əsasında transfer edildiyindən, müqavilə şərtlərinə uyğun olaraq komandaya kömək edə bilməyəcək.

 Qeyd edək ki, “Simurq”-“Neftçi” oyunu bu gün saat 18:00-da start götürəcək və komandanın rəsmi saytı, –www.simurqpfk.az vasitəsilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail