Luis Araqon: "Komandama inanıram"

12.04.2013 | 6521 dəfə oxunub

“Komandada hazırda gözəl atmosfer, yüksək əhval-ruhiyyə hökm sürür. Futbolçularımız çox istəklidirlər. “Simurq”la matçda istədiyimiz nəticəyə yaxın olsaq da, son dəqiqə qolu bizi çətin vəziyyətdə qoydu. Artıq “Bakı” ilə matça köklənmişik”. Stadium.az xəbər verir ki, bu sözləri Premyer Liqanın XXVI turu – “Qəbələ”-“Bakı” matçı öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Luis Araqon söyləyib. Klubun rəsmi saytına verdiyi açıqlamada komandadakı hazırkı durumu dəyərləndirən ispan mütəxəssis müsbət nəticələrlə bütün problemləri arxada qoyacaqlarına inandığını deyib:

“Komanda fiziki baxımdan yaxşı vəziyyətdə olsa da, alınan son nəticələr kollektivi müəyyən mənada ruhdan salmışdı, futbolçuların özünəinamına mənfi təsir göstərmişdi. Çalışırıq ki, məşqlər və qarşıdakı oyunlarda qazanacağımız uğurlu nəticələrlə komandanın özünəinamını bərpa edək. Bu missiyanın öhdəsindən gələcəyimizə inanıram”. 

Araqon rəqib – “Bakı” haqqında fikirlərini də bölüşüb, heyətdəki problemlərdən danışıb:

“Bakı”nın bir çox oyununu izləmişəm və analiz etmişəm. Komandanın heyətində səviyyəli legionerlər və yerli futbolçular var. Rəqibimiz topla çox oynamağa səy göstərən, ona nəzarət etməyə çalışan komandadır. Çətin oyun olacaq. Amma komandama inanıram. Bütün psixoloji problemləri arxada qoyub uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətimizdə çatışmazlıqlar da var. Omar Kalabane sarı vərəqə limitinə, Ceyhun Sultanov və Vurğun Hüseynov zədəyə görə kollektivə kömək edə bilməyəcək”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail