Rövnəq Abdullayev "Neftçi"ni sərt tənqid etdi

12.04.2013 | 5841 dəfə oxunub


Topaz Premyer Liqasının XXV turu çərçivəsində "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda və qarşılaşma başa çatdıqdan sonra baş verən hadisələr, bu məsələ ilə bağlı AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarlar son günlər geniş müzakirə olunur. Stadium.az xəbər verir ki, bununla əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az saytına fikirlərini bildirib: "Ölkə çempionatında idman mübarizəsi get-gedə gərginləşir. Mövsümün sonu yaxınlaşdıqca komandalar arasında rəqabət artır. Amma təəssüf ki, bəzən xoşagəlməz hallarla da rastlaşırıq. "Neftçi" - "Qarabağ" oyununda baş verən hadisələr futbolumuza başucalığı gətirmir. Azarkeşlərin səsləndirdiyi nalayiq ifadələr, etik normalara sığmayan hərəkətlər təəssüf doğurur. "Neftçi" klubunun məşqçilərinin oyunun fasiləsində və qarşılaşma başa çatdıqdan sonra etdiyi hərəkətlər və səsləndirdiyi fikirlərlə də tanışam. AFFA-nın İntizam Komitəsi bununla bağlı müvafiq qaydada qərarlar qəbul edib və hesab edirəm ki, İntizam Komitəsinin mövqeyi haqlıdır. Bilirəm ki, bu qərarlarla bağlı "Neftçi" klubu Apellyasiya və Ekspert Komitəsinə şikayət edib. Amma klub rəsmilərinin və məşqçilərin nədən narazı qaldığı, sözün doğrusu, mənim üçün bir qədər anlaşılmazdır. Düşünürəm ki, AFFA-nın çıxardığı haqlı qərarlara etiraz etməkdənsə, "Neftçi" klubunun məsul şəxsləri öz hərəkətlərinə və açıqlamalarındakı ifadələrə daha diqqətlə yanaşmalı, ölkə çempionatının Əsasnaməsinin tələblərinə uyğun davranmalıdırlar. Əks-təqdirdə, intizam qaydalarına uyğun olaraq kluba və klub rəsmilərinə qarşı daha ciddi sanksiyalar tətbiq oluna bilər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail