"Rəhim özünü "Qarabağ" qarşısında mənəvi cəhətdən borclu sayırdı" MÜSAHİBƏ

12.04.2013 | 7099 dəfə oxunub


“Neftçi” PFK-nın məşqçisi Tərlan Əhmədov Stadium.az saytına müsahibə verib. Əhmədov son günlər "Neftçi"yə qarşı AFFA tərəfindən edilən təzyiqlərdən danışıb:

- Bəzi ədalətsiz hakim qərarları ilə başlanan “Neftçi”-“Qarabağ” matçı klubunuza qarşı tətbiq edilən böyük cəzalarla nəticələndi. Sizcə bu “tədbirlər planı” haradan qaynaqlanır?

 -Bu suala cavab vermək üçün bir az da əvvələ qayıtmaq istəyirəm. Yadınızdadırsa bir tur əvvəl Rəhim Həsənov “Qarabağ”ın “Simurq”la səfər matçını da idarə etmişdi. Həmin qarşılaşmada “Qarabağ” rəqibinə uduzmuşdu və məncə hakim Ağdam klubu qarşısında özünü mənəvi cəhətdən borclu sayırdı. Gördünüz ki, Rəhim Həsənov Flavinyonu sarı vərəqə almağa təhrik etdi. Ümumiyyətlə, bu futbolçuya qarşı hər oyunda amansız şəkildə kobudluq edilir. Araz Abdullayevin cəzalandırılmasını da heç cür haqlı saymaq olmaz. Epizodlara təkrar baxdıqda da görünür ki, “Qarabağ” klubunun 2 futbolçusu Riçard Almeyda və Əfran İsmayılov ikinci sarı vərəqə və qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmalı idi. Təssüf ki, hakim qərəzli qərarlarından sona kimi əl çəkmədi.

Sizcə bu qərəz hardan qaynaqlanır?

 Bilirsiz ki bəziləri “Neftçi”nin uğurlarına qısqanclıqla yanaşır. Bizim 2 il ardıcıl çempion olmağımızı həzm edə bilməyən qüvvələr var. Avropa Liqasının qrup mərhələsində çıxış etməyimiz bu şəxslərə sanki bir cavab oldu. Kimlərsə deyirdi ki. bu uğuru biz qazanmalı idik amma bunu “Neftçi” gerçəkləşdirdi. Bu insanların gözü götürmür “Neftçi”ni. Birləşmə ilə, qruplaşma ilə komandamızı təzyiq altında saxlamağa çalışırlar.

Gəlin konkret səbəblərdən danışaq

 -Səbəblərdən biri budur ki, yerli məşqçilərin uğurunu istəmirlər. Bir neçə klub qruplaşıb müəyyən süni maneələr yaradırlar. “Neftçi” yerli mütəxəssislərə güvənərək bu işləri gördü. Digər tərəfdən də yığma səviyyəsində uğurların olmaması da qısqanclıq yaradır. Kimlərsə istəmir ki, əcnəbi baş məşqçisi olan milli komandanın nailiyyət əldə etməməsi fonunda “Neftçi” uğur qazansın.

İntizam Komitəsinin cəzalarının ağır olması bununla əlaqəlidirmi?

 Əslində Flavinyo və Araz Abdullayevin sarı vərəqələri ləğv olunmalı idi. Bildiyimə görə İntizam Komitəsi Arazın cəzasının silinməsi qərarını vermişdi. Amma sonradan klubumuzun nümayəndələrinin iştirakı olmadan toplantı keçirilib və Araz Abdullayevin sarı vərəqəsi ləğv olunmayıb. Bəxtiyar Musayevə də cəza sonradan keçirilmiş iclasda verilib. Böyükağa Hacıyevi 10 oyunluq texniki zonadan kənarlaşdırmaq heç bir məntiqə sığmır. Deməli təzyiqlər düşündüyümüzdən də böyükdü. Bir qərar qəbul olunur və sonradan dəyişdirilirsə bundan nə gözləmək olar. Bu bizə qarşı aşkar müharibədir. İstənilən halda haqqımızı tələb edəcəyik.

Kim zəmanət verə bilər ki, növbəti turlarda “Neftçi”yə qarşı eyni addımlar atılmayacaq?

 -Heç kim buna zəmanət verə bilməz. Biz mübarizəmizi sona kimi davam etdirməliyik. Təzyiqlər yenə də olacaq. Qarşıdakı oyunda əsas heyətin 3 futbolçusu oynaya bilməyəcək. Elə etməliyik ki, meydanda onlar layiqincə əvəzlənsinlər. “Neftçi” yalnız çempionluğa oynayır və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail