Ansi Aqolli: "İnter" nə qədər güclü olsa da..."
"Hazırda bütün diqqətimizi "İnter"i oyuna yönəltmişik. "Neftçi" ilə oyunu unutmuşuq. Bizim "Neftçi"ni ardıcıl 3 oyunda məğlub etməyimiz "ağ-qara"ların liderlik kürsüsündə əyləşməsinə mane olmayıb". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib.
Klubun rəsmi saytına açıqlama verən albaniyalı
futbolçu artıq bütün diqqətlərini "İnter"lə görüşə yönəltdiklərini
bildirib: "İndi bizə vacib olan
"ağ-göy"lər üzərində uğurlu nəticə qazanmaqdır. "İnter"i
cari mövsüm uda bilməmişik. Üstəlik, rəqib stabil futbol sərgiləyir və bizimlə
eyni hədəflər uğrunda mübarizə aparır. "İnter"in ən böyük üstünlüyü bəlli
sistemlərinin olmasıdır. Kimin oynaması onlarda elə də fərq etmir. Amma biz də
görüşə qələbə üçün çıxacağıq. Ev oyunumuzda qələbə qazanmaq istəyirik. Hazırda
"Qarabağ" yaxşı formadadı. Komandamızda zədəlilərin də düzəlməsi vəziyyətimizə
müsbət təsir edib. Demək olar ki, hər mövqedə ciddi rəqabət var. Bu da
ümumilikdə komandanın artırmasına kömək edir.
Hər bir oyuna xüsusi motivasiya ilə hazırlaşırıq. Bəli, bu o deməkdir
ki, bütün oyunlara 3 xal üçün çıxırıq. "İnter" nə qədər güclü olsa
da, hədəfimiz yenə eynidir. Futbolun gözəlliyi istənilən nəticəyə açıq
olmasıdır. İnanıram ki, "İnter"lə görüş baxımlı olmaqla yanaşı istəyimizə
uyğun başa çatacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |