"Hakimin vicdanı varsa, həqiqəti desin"

10.04.2013 | 7450 dəfə oxunub


"AFFA-nın qəbul etdiyi qərarlarla razı deyilik. Bu cür cəzalanacağımızı gözləmirdik. Bu haqda Apellyasiya Komitəsinə şikayət etmişik və sabah məsələyə baxılacaq. Biz bu məslədə haqlı olduğumuzu sübuta yetirəcəyik". Stadium.az saytına verdiyi açıqlamada bu sözləri "Neftçi" klubunun idman direktoru Güloğlan Cabbarov deyib.

Klub rəsmisi qeyd edib ki, xüsusən də Bəxtiyar Musayevin cəzalandırılmasından narazı qalıblar: "Bəxtiyar Musayev həmin cəzaya layiq deyil. Onun adını xüsusi olaraq ona görə qeyd edirəm ki, həmin anda Musayev mənim yanımda idi. O hakim qarşı heç bir qeyri-etik hərəkət etməyib. Bəxtiyar Musayevin tərbiyəsi də buna imkan vermir. Bir daha təkrar edirəm ki, həmin anda mən də onun yanında idim, orada hər hansı təhqirdən, artıq hərəkətdən söhbət gedə bilməz. Musayev sadəcə olaraq hakimə dedi ki, həmin epizodda penalti yox idi. Hakim də bunun əksini düşündüyünü bildirdi. Əgər hakimin vicdanı varsa, həqiqəti desin. Bəxtiyar Musayev onu təhqir etməyib. Ola bilər ki, Böyükağa müəllim emosional şəkildə narazılıq edib. Amma o da 10 oyunluq cəzaya layiq deyil. Bu, bizi "baltalamaqdır".

Güloğlan Cabbarov qeyd edib ki, "Neftçi" yalnız təmiz hakimlik istəyir: "Bizim "Qarabağ" rəhbərliyindən, hər hansı bir futbolçudan narazılığımız yoxdur. Dünən Çempionlar Liqasının oyunlarında da kobud hakim səhvlərini gördük. Amma qələbə qələbədir. Nə olur-olsun, qələbə qazanan tərəfə təbrik düşür. Bizim istəyimiz odur ki, qərəz olmasın. Qoy, ədalətli hakimlik olsun və kim güclüdürsə, o da qalib gəlsin. Çünki ölkə çempionatında uğur qazanan komanda sabah Azərbaycanı, Vətənimizi, ölkəmizi Avropada təmsil edəcək. "Qarabağ"a qarşı da heç bir ittihamımız yoxdur, Allah yollarını açıq etsin. Bizim istəyimiz yalnız düzgünlük, ədalətdir. Sizin vasitənizlə üzümü hakimlərə tutub deyirəm ki, qarşıda 7 tur var. Gələcək oyunlarda diqqətli olsunlar və bu cür hallar yaşanmasın, təkrarlanmasın . Bu futboldur və bunu başqa tərəflərə çəkmək lazım deyil".




  #1   Adınız: baki azarkesi;   E-mail: [email protected]

10.04.2013 18:40

Baki -Neftci oyununda penal varidi?Elcin Memmedovun komekliyi ile udduz .Ramil Diniyev,Fariz Yusubov.Efqan ve s..

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail