"Xəzər Lənkəran" "Turan"la oyuna hazırlaşır FOTOLENT

09.04.2013 | 3172 dəfə oxunub

Dünən Bakıdan Lənkərana yola düşən "Xəzər Lənkəran" bazasında qısa müddətli istirahətdən sonra axşam saatlarında “Kəpəz”lə keçirilən matçın bərpa məşqini keçirdi. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün isə “Xəzər Lənkəran” Con Bencamin Toşakın rəhbərliyi altında Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutacaq “Turan”la səfər oyununun hazırlığına start verdi. Səhər məşqi Lənkəran Olimpiya Kompleksinin meydançasında baş tutdu və futbolçular 1 saat 10 dəqiqə davam edən məşqdə məşqçilər korpusunun tapşırıqlarına əsasən müxtəlif taktiki çalışmaları yerinə yetirdilər. Bu gün daxil olmaqla komanda sabah da gün ərzində iki məşq keçirərək aprel ayının 11-də səhər məşqindən sonra Bakı şəhərinə yola düşəcək. Hazırda komandanın heyətində zədəli futbolçu yoxdur və futbolçular daha bir səfər qələbəsi qazanmaq istəyi ilə məşqlərdə səylə çalışırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail