“Turan”ın azarkeşi: “Tovuz əsl futbol bulağıdı”

09.04.2013 | 6622 dəfə oxunub

Tovuza hər dəfə səfər edəndə çalışmışam şəhər stadionuna baş çəkim, köhnə futbolçularla görüşüm. Belə səfərlər ildə ən azı 1 dəfə olur. Əslən tovuzlu olduğumdan hər il yayda külfəti 3-4 günlük olsa da, rayonumuza, kəndimizə aparıram. Həm özüm dincəlirəm, həm qohum-əqrabaya baş çəkirəm. Bu dəfəki səfərimin məqsədi isə əvvəlkilərdən fərqli olaraq, sırf Tovuz futbolu ilə bağlı idi. Çoxdan rayonumuza gedib oradakı acınacaqlı vəziyyətlə şəxsən tanış olmaq istəyirdim. Bir neçə gün əvvəl yerli azarkeşlərdən birinin zəngindən sonra fikrim qətiləşdi. Bir günlük yox, 2-3 saatlıq da olsa Tovuzda oldum.

Qatardan düşüb bibimgilə, oradan isə birbaşa şəhər stadionuna yollandım. O stadiona ki, təxminən 19-20 il əvvəl günüm orada keçirdi – “Turanın bir üvü hesab olunurdum. OTuranın ki, həmin vaxt, yəni 1993/94- il mövsümündə çempion olmuşdu. İndi həmin stadiondan, həminTurandan (düzü elə özümdən futbol oynamağı əməlli-başlı yadırğamışam) əsər-əlamət qalmayıb. Nostalji hislərə çox qapılmaq istəmirəm. Allah qoysa, “Turanın çempionluğunun ildönumu ərəfəsində bu haqda nəsə cızma-qara eləmək fikrim var. Yəqin ki, o vaxt komandamız artıq 1-ci dəstəyə yuvarlanacaqtarixində ilk dəfə. Çünki, bu gedişlə yaxşı nəsə gözləmək ağılsızlıq olardı. Bu dəfə isə Tovuz futbolunun gördüyüm eşitdiyim gerçəkliklərini bölüşmək istəyirəm.

Stadionda daxil olarkən, orada yenidənqurma işlərindən çox yenidənsökmə işlərinin getdiyinin şahidi oldum. Düzü, əvvəlki arenadan əsər-əlamət qalmamışdı. Onsuz da bərbad olan stadionda normal bir yerə rast gəlmək mümkün deyildi. Ərazidə 5-6 fəhlə, bir neçə texnika stadion işçiləri gözə dəyirdi. Meydançanın drenaj sistemi quraşdırılırdı. Rəhbərlik ilə görüşmək, işlərlə maraqlanmaq istədim. Özünü Mahir müəllim (soyadını unutmuşam. Yoxsamüəllimsözünü heyf eləməzdim) kimi təqdim edən bir nəfər stadionun direktoru oldğunu bildirdi, məqsədimi bildikdə, klubun mətubat xidmətinin rəhbəri Rüstəm müəllimlə əlaqə saxlamamı istədi. Amma nədənsə ona zəng çatmadı. Daha sonra klubun vitse-prezidenti Namiq Məstanovdan icazə aldıqdan sonra stadionda aparılan işlərlə bağlı bir neçə şəkil çəkə bildim. Mahir müəllimə ünvanladığım suallar isə cavabsız qaldı. Stadionun mayın 10-da təhvil veriləcəyini bildirən direktor bunun mümkün olmadığını özü bizdən yaxşı bilirdi. İşçilərin sayı ilə maraqlandıqda isə, mənim sualımı yanındakı fəhləyə ünvanlaması bu insanın nəyə görəsə direktor təyin olunmasından xəbər verirdi. Sonradan məlum oldu ki, Mahir müəllim Namiq Məstanovun dost-doğmaca dayısıdı. Vitse-prezident təyin olunduqdan sonra köhnə direktoru yeyinti adı ilə (bəlkə elə olub, dəqiq deyə bilmərəm) uzaqlaşdırıb, yerinə qarovulçu işləyən dayısını təyin edib. Yəni bacıoğlu dayıya daydaylıq edib.

Bir müddət əvvəl AFFA klublara ayrılan uşaq futbolunun inkişafı üçün nəzərdə tutulan pulları Tovuz Gəncə stadionlarının ot örtüyünün yenilənməsi üçün sərf olunması haqda qərar qəbul etdi. Bu qərar ikili narazılıq yaratdı. Birincisi, klublar üzdə özlərini razı kimi göstərsələr , əslində onlara çatacaq maliyyə vəsaitinin  əldən çıxmasını istəmirdilər. İkincisi, təbii ot örtüyünün süni ot örtüyü ilə əvəzlənməsi çoxlarının xoşuna gəlməmişdi. Onlardan bir neçəsi Olimpiya Kompleksində görüşdüyüm yerli azarkeşlər idi. Məni Tovuza dəvət edən rayonda hamınınZalkimi tanıdığı Firudin Məmmədov Tovuz futbolunda baş verənlər haqda çox şeylər danışdı: “Tovuz komandaları həmişə  oynadığı futbola ad-san çıxarıb. Neçə-neçə istedadlı futbolçular yetişdirib. İndi rayonda futbola əlaqəli demək olar ki, heç qalmayıb. Komanda didərgin düşüb. Ev oyunlarını Bakıda keçirir. Guya, böyür-başımızda oynamağa stadion yoxuydu? Qazaxda, Şəmkirdə oynamaq olmazdı? Heç olmasa, azarkeşlər gedib baxardılar, komandanı dəstəkləyərdilər. Əsas komanda  azmış kimi, əvəzedicilər ev oyunlarını paytaxtda keçirirlər. Qalmışıq uşaqların ümidinə. Onlar oynayanda camaat yığışıb bir az təsəlli tapır. Stadionu günə saldıqlarını özünüz gördünüz. Güya, təzə süni örtüyü salacaqlar. Kimə lazımdı? olmuşdu ot örtüyünə? Olmazdımı, həmin pulları Qaraxanlı kəndindəki stadionun təmirinə sərf edərdilər? Naci Şensoyun vaxtında komanda məşqləri Qaraxanlıda keçir, çempionat oyunlarını isə Tovuzda oynayırdı. Bakıya getməmişdən, əsas komanda ilə yanaşı əvəzedicilər həm məşqlərini, həm oyunları Tovuzda keçirməyə başladılar. Yazıq stadion bu qədər yükə dözə bilməzdi. Sadaladıqlarım hamısı yeni rəhbərliyin, əsas da Namiq Məstanovun gəlişindən sonra apardıqları məqsədyönlü siyasətdi. Onları futbol yox, cibləri maraqlandırır. Komandanın Bakıda qalması, stadionun təmir olunması adı ilə apardıqları işlərin hamısı bir məqsəd daşıyırpul qazanmaq. Beş manat xərcləyirlərsə, 10 manat yazdırıb qalanını ciblərinə qoyurlar”.

Yeri gəlmişkən, bu həmin Firudin Məmmədovdu ki, bir neçə il əvvəl futbol veteranı Sakit Alıyevi həyata qaytaranlardan biri olub. O vaxt Sakit müəllimi stadiondaotağında huşsuz vəziyyətdə qoyub getmişdilər. Məhz, “Zalın  vaxtında özünü çatdırması Alıyevin həyatda qalmasına səbəb olmuşdu.

Vaxtilə TovuzunMəhsulkomandasının qapıçısı olmuş Vidadi Tağıyev indiki durumdan çox narazıdı: “Tovuzda həmişə futbol olub, indi var. Amma indiki rəhbərlik futbolu elə günə salıb ki, adamın lap ağlamağı gəlir. Namiq Məstanov gələn kimi, başladı olan-qalanımızı da dağıtmağa. Əllərində bayraq tutub ki, pulumuz yoxdu. Soruşan lazımdı, pul yoxdusa, neynirdiniz o qədər legionerləri? İndiTuranda cəmi 3-4 yerli uşaq qalıb. Gəlmələrə verdiyiniz pulun 25-30 faizini verərdiniz onlara, qalanını da başqa dərdimizə xərcləyərdik. Dərddə ki bir deyil, beş deyil. Yerli uşaqlar ora-bura dağılışıblar. Hərəsi bir komandadadı. Biri Nefçalada, biri Qazaxda...  Namiq Məstanov komandaya gələndən sonraköhnələrin hamısını klubdan qovaladı. Bura stadionun, klubun sıravi işçiləri aiddi. Stadionun direktorunu dəyişdi, öz dayısını təyin elədi. Sürücülərin hamısından imtina elədi, indi harasa gedəndə avtovağzaldan şofer axtarırlar. Vəziyyətin bu həddə çatmasında təkcəTuranın rəhbərliyini ittiham eləmirəm, respublikanın futbol rəhbərliyinin günahı var. Tovuza azacıq maliyyə dəstəyi göstərsələr, futbolumuzun inkişafına kömək eləmiş olarlar. Tovuz əsl futbol bulağıdı. Qəbələdəki, Bakıdakı akademiyalardan biri Tovuzda olsa, bilirsiniz qədər istedadlı uşaqlar üzə çıxar? Bir uşaq var idi, yaxınlarda  Qəbələyə baxışa getdigöydə götürdülər. Olmazdımı, elə öz rayonunda qalıb həm oxuyar, həm futbolunu oynayardı?”.

Vidadi müəllimin komanda yoldaşı uzun illərMəhsulkapitanı olmuş Arif İsmayılov isə daha çox uşaq futbolunun vəziyyəti narahat edir: “Böyük futbol bir yana, uşaq futbolu da artıq yox dərəcəsindədi. Vaxtilə klubun nəzdində hər yaş qrupunda xeyli uşaq məşq keçirdi. Az da olsa, onlara qayğı var idi. İndi bütün yaş qrupları üzrə komandalara cəmi 2-3 top veriblər. Formaları yoxdu. Maraqlı bir faktı qeyd edimbir müddət əvvəl Namiq Məstanov tərəfindən komandanın uşaq futboluna nəzarətçi təyin olunan şəxsə bildiriblər ki, bəs, uşaqların formaları yoxdu. Köynək, tuman almaq lazımdı. Gedib bazardan qara rəngli kişi alt paltarı alıb gətirib ki, bu da tuman. Şortı ilə alt paltarını səhv salan adamı futbolda işi var? İş o yerə çatıb ki, valideynlərdən forma adı ilə pul yığmağa başlayıblar. Bu dəqiqə klubda təmsil olunanların 90 faizinin futboldan heç bir anlayışları yoxdu. Onların kluba gətirən isə Namiq Məstanovdu. Belə olduqda, hansı futboldan söhbət gedə bilər?

Şəxsən, rayon camaatı adından deyə bilərəm, qədər ki, Namiq MəstanovTurandadı, Tovuzun futbolu bundan artığına nail olmayacaq. Özləri olan-qalanı talayacaq, arada yazıq cammat futbolsuz qalacaq. Necə ki, indi qalıblar”.

Şəhərdə olarkən, məlum oldu ki, Tovuz Olimpiya Kompleksinin stadionunda rəhmətlik Ramiz Mirzəyevin xatirəsinə həsr olunmuş turnir keçirilir. Əvvəl fikirləşdim ki, turniriTuranın rəhbərliyi təşkil edib. Sonradan məlum oldu ki, təşkilatçı Ramiz Mirzəyevin qardaşı imiş. Yeri gəlmişkən rayonun 8 komandasının iştirak etdiyi yarışdaAvtovağzalkomandası birinci oldu. Xeyli vaxtdan sonra yerli əhali peşəkar səviyyədə olmasa da, futbolu izləməyə imkan tapdı. Buna da şükür!

İlqar TAĞIYEV (Bakı-Tovuz-Bakı)

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail