Bakıda UEFA-nın seminarı başlayıb

09.04.2013 | 3108 dəfə oxunub

Bu gün Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın seminarı başlayıb. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, qadın futboluna həsr olunmuş seminarda Bosniya və Herseqovina, Monteneqro və Litvanı təmsil edən mütəxəssislər iştirak edir.
"Hilton Baku" otelində təşkil olunmuş seminarı giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov iştirakçıları salamlayıb. Baş katib ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 barədə ətraflı məlumat verib. E.Məmmədov qeyd edib ki, bu dünya çempionatı nəinki Azərbaycanda, ümumilikdə regionda ən uzunmüddətli idman tədbiri olub. Mundialın loqotipinin təqdimatı FIFA-nın prezidenti Yozef Blatterin iştirakı ilə keçirilib. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 infrastrukturun inkişafı baxımından xüsusi əhəmiyyətə malik olub. Baş katib deyib ki, mundiala hazırlıq dövründə Bakıda bir neçə stadion inşa olunub, həmçinin müasir standartlara uyğun məşq meydançaları hazırlanıb. Çempionatın açılış mərasimində Respublika Prezidenti İlham Əliyev və FIFA-nın prezidenti Yozef Blatter iştirak ediblər. Final qarşılaşmasını dövlət başçısı İlham Əliyev və UEFA-nın prezidenti Mişel Platini birgə izləyiblər. Bu dünya çempionatı Azərbaycanda qadın futbolunun inkişafına və təbliğatının gücləndirilməsinə böyük təkan olub.
Sonra UEFA nümayəndəsi Emma Sykes, ardınca isə AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova təqdimatla çıxış edib.
Seminara aprelin 11-də yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail