"Elə şeylər öyrənirik ki, bu, doğrudan da vacibdir"

08.04.2013 | 3651 dəfə oxunub

AFFA-nın təşkilatçılığı ilə keçirilən C kateqoriyalı məşqçilik kursunda iştirak edən 17 gənc mütəxəssis arasında Gəncədən iki məşqçi olub. Stadium.az xəbər verir ki, məşğələlərə "Kəpəz"in əvəzedici heyətinin baş məşqçisi Mehman Hacıyevlə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının məşqçi-müəllimi Ceyhun Tanrıverdyev qatılıb. Martın 30-dan start götürən seminara yerli mütəxəssislər Arif Əsədov, Aslan Kərimov və Osman Rəhimov rəhbərlik edib. Mehman Hacıyev kursla bağlı "Kəpəz"in rəsmi saytına açıqlama verib: "Bu kimi seminarların biz məşqçilərə böyük təkanı var. Elə şeylər öyrənirik ki, bu, doğrudan da vacibdir. Burda öyrəndiklərimizi gələcəkdə futbolçulara öyrədəcəyik."

Məşqçilərin bilik və bacarığının artırılmasına yardımçı olmağa hesablanan kurslar iki hissədən ibarət olub. Kursun dinləyiciləri nəzəriyyədə öyrəndikləri təcrübədə sınaqdan keçiriblər: "Dərslə yanaşı, hər gün 30 dəqiqə ərzində məşqlər keçdik. Öyrəndiklərimizi məşqdə tətbiq etdik. Məşqi necə qurmalı, nələrə diqqət yetirməli olduğumuzu tam bilməliyik və bunu oyunçulara aşılamalıyıq".

Kursun nəticəsi olaraq, özünü yaxşı tərəfdən göstərə bilən məşqçilər C lisenziyasına sahib olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail