"Qarabağ" Tahir Gözəlin istəyini reallaşdırdı

08.04.2013 | 3614 dəfə oxunub

Topaz Premyer Liqanın 25-ci turunda baş tutan “Neftçi” - “Qarabağ” oyunundan əvvəl maraqlı hadisə yaşanıb. Stadium.az "Qarabağ"ın saytına istinadən xəbər verir ki, Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl klubun məşqçiləri və texniki heyətinin üzvləri ilə görüşündə baş məşqçi Qurban Qurbanovdan cari mövsümdə üçüncü dəfə “Neftçi”yə qalib gəlmələrini istəyib.
 
“Biz tarix boyu “Neftçi”ni üç dəfə ardıcıl məğlub etmişikmi” – T.Gözəlin bu sualına Qurban Qurbanov  “Derbi tarixində heç kim ardıcıl üç qələbə qazana bilməyib” – cavabını verib.

Bu zaman “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib: “Derbi tarixində ən böyük seriya “Qarabağ”a məxsusdur. `Qarabağ` 2006-2010-cu illər arasında `Neftçi`yə 11 oyun və ya 1873 gün məğlub olmayıb. Amma tarixboyu heç kim üç qələbə qazanmayıb”.

Bundan sonra Tahir Gözəl Qurban Qurbanova deyib ki, “Qarabağ” bir ilkə imza ataraq “Neftçi”ni ardıcıl üçüncü dəfə məğlub etməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail