"Qəbələ"nin baş məşqçisi Ağasəlim Mircavadov olacaq!

08.04.2013 | 8522 dəfə oxunub

Ramiz Məmmədovun istefaya getməsindən sonra "Qəbələ"yə kimin baş məşqçi gələcəyi sual olaraq qalır. Ancaq ilkin fikirlərdə var. “Qəbələ”nin baş meneceri Zaur Əzizov bu məsələyə az da olsa aydınlıq fətirib: "Bizim üçün yerli və əcnəbi məşqçinin fərqi yoxdur. Bizə karyerasında uğurlar qazanmış, çempionluqlar yaşamış mütəxəssis lazımdır. Fərq etməz yerli və ya əcnəbi olsun. Əsas məsələ odur ki, komandamıza uyğun olsun”.

Hazırda ispaniyalı Luis Araqona həvalə edilən "Qəbələ"yə hansı məşqçinin uyğun gələcəi isə bir qədər sual doğurur. Çünki bu komandaya hər cür, istənilən xasiyyətli, tanınmış məşqçi gətirdilər, amma heç bir nəticə olmadı. Bəs günahkar kimdir? İndi bunu axtarsan da tapmayacaqsan, ancaq ip ucu var. Elə bunu da Əzizovun açıqlamasından anlamaq olar:«Ağasəlim Mircavadov ölkənin tanınmış məşqçilərindədi. O, işlədiyi hər bir komanda ilə uğur qazanıb. Əlbəttə ki, bizə də məhz belə bir çalışdırıcı lazımdı. Lakin biz hələ konkret namizədləri müəyyən etməmişik. Sergey Yuranı isə «Simurq»da işləmiş baş məşqçi kimi tanıyırıq. Onunla şəxsən heç bir tanışlığımız yoxdu. Yuran «Qəbələ»nin baş məşqçisi olmağa namizəd deyil». Gördüz də, hədəf Ağasəlim Mircavadovdur. Böyük ehtimalla da, elə baş məşqçi Mircavadov olacaq. Çünki bu plan uzun illərdir hazırlanır. Zaur Əzizov məhz Ağasəlim Mircavadovla bir yerdə "Xəzər Lənkəran"da işləyib. Və Əzizovun menecer kimi kluba gətirdiyi bütün futbolçular Mircavadov tərəfindən bəyənilib. Deməli, ortada hansısa maraqlar da olub. Sonradan Zaur Əzizovun "Xəzər Lənkəran"dan futbolçulardan pul qopardığı üçün qovulmasını da nəzərə alsaq, bunu həqiqət olduğu üzə çıxar. Və belə başa düşülür ki, Zaur Əzizov bu açıqlamanı boş yerə verməyib, yəni Ağasəlim Mircavadov bu komandaya hazırlanır. Etibarlı mənbədən də aldığımız məlumata görə, elə mövsümün sonunda Mircavadov komandaya baş məşqçi gətiriləcək. "Qəbələ"nin Avrokuboklara yollana bilməyəcəyini yaxşı anlayan Mircavadov indi komandaya gəlməyi lüzum bilməyib. Çünki sonda uğursuzluğun ucunda o da ola bilərdi. Bu səbəbdən də komandaya gəlişini mövsümün sonuna saxlayıb.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail