"Neftçi" hakimə yox, Qurbana uduzdu YAZI

08.04.2013 | 9686 dəfə oxunub

"Neftçi" - "Qarabağ" oyunundan sonra yaşananlardan xəbəriniz var, omamış olmaz. "Neftçi" klubu məğlubiyyəti birbaşa hakimin qərəzli - ədalətsiz oyun idarə etməsiylə bağladı.  Əvvəlcə ondan başlayaq ki, oyunun baş hakimi Rəhim Həsənovun idarəçiliyi həqiqətən çox aşağı səviyyədə idi.  Adı FİFA referisi olan bu gənc təkcə "Neftçi"yə qarşı deyil, elə "Qarabağ" tərəfinə da xeyirli olmayan qərarlar verdi.

Mübahisəli məqamlardan İqor Mitreskinin qırmızı aldığı oyun epizodunu şərh etməyə heç bir lüzum yoxdu. Kişinin oğlu necə lazımıydısa, elə də etdi. Qırmızı vərəqə Mitreskinin etdiyi kobudluğun haqqı idi, təmiz.

Penaltiyə gəlincə, burada bir qədər əyləcə basmaq lazımdır. Oyundan sonra bununla bağlı yayınlanan görüntülərdə də penalti epizodu barədə hakimin qərarının 100 faiz düzgün olduğunu əminliklə söyləmək olmur. Cərimə meydançasına daxil olan Reynaldoya əvvəlcə Elvin Yunuszadə əllə müdaxilə etmək istəyir, amma fikrindən daşınır. Reynaldo buna görə özünü yerə atmaq istəyirdi ki, bu an Ramos onun formasından tutaraq çox bic hərəkətlə aşağı dartır. Onsuz da yıxılmağı düşünən Reynaldi üçünsə bundan yaxşı gürsət ola bilməzdi və hücumçu özünü vaxtında, müdaxilə andındaca yerə atdı. Referi də oyun qaydalarını əsas götürərək penalti verdi və görünən odur ki, hakim haqlıdır.

Hakim qərarından narazılıq edən "Neftçi" tərəfi oyunun 66-ci dəqiqəsini yaxşıca izləməlidir. Referi bu komandanın qapısına vurulan təmiz qolu qeydə almır. Oyundankənar vəziyyət kimi qiymətləndirir, amma qol yüz faiz qaydalar çərçivəsində vurulmuşdu. Burada isə hesab 0:1 idi və bu qol qeydə alınsaydı, bəlkə də "Neftçi" daha böyük hesabla məğlub olacaqdı.

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev, vitse-prezident Tahir Süleymanov hakimdən narazılıq edir. Niyə komandalarına diqqət yetirmirlər? "Qarabağ"la oyunda Mirhüseyn Seyidov, Mahir Şükürov, Araz Abdullayev, Elvin Yunuszadə, Vobay və Flavinyonun bu qədər bərbad oynamasının səbəbini niyə araşdırmırlar? Təsadüf bir dəfə olar, lap iki dəfə, amma üç dəfə olmur. "Qarabağ" bu mövsüm üçüncü dəfə idi ki, "Neftçi"yə qalib gəlirdi. Bu oyunda isə Ağdam təmsliçisi istənilən konponentdə rəqibini üstələdi. Hətta eşitdiyim qədəriylə, baş məşqçi Qurban Qurbanov hər oyundan qabaq futbolçularla xüsusi söhbətlər aparır ki, "Neftçi"yə qalib gəlsinlər. Onu da eşitmişəm ki, Qurbanov "görüm Böyükağa məni necə udacaq" da deyib. Bu da nəticə. Son oyunda "Qarabağ" "Neftçi"dən bir baş üstün oyun sərgilədi. Daha doğrusu, "Neftçi"ni öz silahıyla vurdu. Bu oyunda "Neftçi" nə hakimə uduzdu, nə də "Qarabağ"a. "Neftçi" məhz Qurban Qurbanova uduzdu. Çünki, Böyükağa Hacıyev də Qurban Qurbanovun pətəyinə çubuq soxub. Necə ki, Nikolov bunu "Neftçi"yə qarşı etmişdi.

"Neftçi" məğlubiyyəti hakimdə yox, məhz özündə axtarmalıdır, hətta günah hakimdə olsa belə. Çünki əks halda göylərdə üçün bu komandanın futbolçuları özlərində məsuliyyət axtarmayacaqlar. Hər məğlubiyyət hakimlə bağlansa, onda futbolçulara hansı söz deyiləcək? Yaxşısı budur, futbolçularınızın qazından alın, onlası balaca sıxın ki, avtoşluq etmək əvəzinə futbol oynasınlar, Yoxsa, üçüncü çempionluq mümkünsüz olacaq!

Vüsal BƏBİRLİ

Qeyd: Hakim qərarlarıyla bağlı yazdıqlarıma şübhə ilə yanaşan varsa, aşağıdakı hər iki videonu diqqətlə izləsin!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail