"İnter"in tarixində ilk

08.04.2013 | 3145 dəfə oxunub

Topaz Premyer Liqasının XXV turu “İnter”in milliləşən legioner futbolçusu Vladimir Levin üçün əlamətdar olub. Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klubun adını dəyişdiyi 2004-cü ildən komandanın şərəfini qoruyan ukraynalı Azərbaycan çempionatında 200-cü matçına çıxıb. Bununla da müdafiəçi “İnter”in tarixində 200 oyun keçirən ilk futbolçu olub.

mövsüm

oyun

qol

2004/05

27

1

2005/06

26

2

2006/07

22

2

2007/08

12

-

2008/09

10

1

2009/10

30

1

2010/11

23

1

2011/12

27

2

2012/13

23

2

cəmi

200

12

Levin Azərbaycan çempionatlarında 200 matç səddini aşan 3-cü legioner olub. Ona qədər milliləşən əcnəbilər Aleksandr Çertoqanov və Usim Nduka bunu bacarmışdı. Hazırda “Qəbələ”də çıxış edən Çertoqanov çempionatda 205, AZAL-ın müdafiəçisi Nduka isə 204 matça çıxıb.

Əcnəbilər arasında oyun sayına görə 3-cü olan Vladimir də Usim kimi bütün matçlarını 1 komandada keçirib. Ukraynalı Azərbaycan çempionatları tarixində 1 klubun heyətində 200 və daha çox oyun keçirən 2-ci legionerdir.

Bu 2 əcnəbidən başqa daha 10 futbolçu ölkə çempionatında 1 klubda 200 və daha çox oynayıb. Həmin futbolçular karyerasını bitirmiş yerli oyunçulardır. 

Komandasına ən azı 200 oyunluq müddətdə sadiq qalan 12 futbolçudan 8-i “Turan”la “Qarabağ”ın payına düşür. Onların hərəsində 4 belə futbolçu var. “Viləş” 2 belə üzvü ilə seçilir. AZAL və “İnter”in rekordçuları isə yalnız bu il siyahıya daxil olub.


Aslan Kərimov

Qarabağ (Ağdam)

268

Sakit Alıyev

Turan (Tovuz)

248

Müşfiq Hüseynov

Qarabağ (Ağdam)

244

Nizami Sadıqov

Turan (Tovuz)

237

Səttar Əliyev

Qarabağ (Ağdam)

230

Yaşar Hüseynov

Qarabağ (Ağdam)

226

Müşfiq Vəliyev

Viləş (Masallı)

221

Alay Bəhramov

Viləş (Masallı)

220

Eltay Aslanov

Turan (Tovuz)

208

Nadir Nəbiyev

Turan (Tovuz)

204

Usim Nduka

AZAL

204

Vladimir Levin

İnter (Bakı)

200

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail