Böyükağa Hacıyev: "Qarabağ"a olan borcumuzu bu gün ödəyəcəyik" MÜSAHİBƏ

06.04.2013 | 5984 dəfə oxunub


"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu gün keçiriləcək "Qarabağ"la vacib oyun öncəsi qarşılaşmayla bağlı Stadium.az saytına müsahibə verib:

- "Qarabağ"la bu gün keçiriləcək oyun barədə nə düşünürsüz?

- Mövsüm başlayandən bəri "Qarabağ"la iki dəfə oynamışıq. Birincidə mən burda yoxuydum, səhətimlə bağlı Moskvada idim. İkincidə də mənim başçılığım altında rəqibi bütün konponentlərdə üstələsək də, məğlub olduq. Deməli, "Qarabağ"a borcumuz var. Çalışacağıq ki, bu gün borcumuzu qaytaraq.

- Bu borc işi çox qəliz məsələdi. Bunun üçün xüsusi plan hazırlamısız?

- Biz bütün oyunlara ciddi yanaşırıq. Baxmayaraq ki,  liderik, amma hələ yolun yarısını keçmişik. Ən vacibi finişdi, bizdə finişdə toparlanmağı bacarmalıyıq. Keçmişə baxırıq və sələflərən öyrənirik. Daha təmkinli, ciddi və diqqətli olmalıyıq. Bu gün meydanda əvvəlkilərdən daha hazırlıqlı olmalıyıq. "Qarabağ" çox yaxşı komandadır və bizim oyun dəsti xəttimizlə onlarınkı arasında bəzi oxşarlıqlar var. Nə deyim, kim güclüdür, o da qalib gəlsin.

- "İnter"lə son oyundan sonra demişdiz ki, həmin  qarşılaşmaya çempionluq oyunu kimi çıxmısız. Bu dəfə də eyni haldır?

- "Qarabağ"la bizim aramızda cəmi altı xal fərq var. Qələbə qazanmağa çalışacaqlar ki, xal fərqini olduqca aşağı endirələr. Əminəm ki, bu oyuna kim daha çox önəm verirsə, qalib onlar olacaq.

- Rəşad Sadiqovun yoxluğu özün göstərəcək?

- Rəşad bizim komandada təcrübəli futbolçulardan biridir. Vaxtilə bir çox jurnalistlər məhz Rəşada görə mənə təzyiq edirdi. Ancaq mən ona inanırdım ki, Sadiqov özün doğruldacaq. Necə ki, Rəşad oynadı və bu komandanın kapitanı olmağa layiq olduğun sübut etdi. Bu futbolçuda mən istədiyim keyfiyyətlər var, qalır onu düzgün istiqamətə yönləndirmək.

- Araz Abdullayev məşqlərə başlayıb?

- Bəli, Araz artıq komandayla birgə məşq edir.

- Bu gün onu meydanda görə biləcəyik?

- Ola bilər. Onunla çox ciddi söhbət edəcəm, əgər psixoloji durumu tam qaydasında olsa, meydana buraxacam.

- Bəs Rəşadın yerinə kim oynayacaq?

- Onu hələ tam müəyyənləşdirməmişəm.

- Bertucci?

- O, komandayla məşq edir, amma praktikası yoxdur. Belə futbolçunu "Qarabağ"la vacib oyunda meydana buraxa bilmərəm.

- Qapıçı Leoniylə dayaq yarımmüdafiəçisi Kabionun xidmətindən nə vaxtsa istifadə etməyi planlaşdırırsız?

- Yox. Mən qalib heyəti dəyişmirəm.

 Söhbətləşdi: Elnur




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail