"Hazırda "Neftçi"ni saxlamaq çox çətindir"

04.04.2013 | 5133 dəfə oxunub

"Artıq demək olar ki, bu məsələni unutmuşam. Təbii ki, ilk qolumu "Neftçi"yə vurmaq çox xoş bir duyğudur. Bu hər zaman xatirimdə qalacaq. Amma qeyd etdiyim kimi, bu artıq keçmişdə qalıb". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev klubun rəsmi saytına verdiyi açıqlamada deyib.

"Neftçi" ilə əvvəlki oyunda vurduğu qolla "Qarabağ"a qələbə qazandıran Qara Qarayev şənbə günü keçiriləcək növbəti oyun haqqında belə danışıb: "Neftçi"yə qarşı ciddi hazırlaşırıq. Amma bu digər oyun hazırlıqlarından elə də fərqlənmir. "Ağ-qaralar" uzun müddətdir məğlub olmur. Hazırda çox yaxşı formadadırlar. Bizə hər 2 oyunda məğlub olduqlarına görə meydana qisas hissiylə çıxacaqlar. Bunun üçün çox çalışacaqları bəllidir. Rəqibin heyətində kimisə fərqləndirmək çətindir. Çünki, "Neftçi" fərdi ustalığı yüksək oyunçulardan qurulub. Flavinyo, Vobay, Kanales istənilən komanda üçün baş ağrısıdır. Onları saxlamaq bizim üçün çətin olacaq. Hazırda "Neftçi"ni saxlamaq çox çətindir. Amma bu o demək deyil ki, biz meydana məğlub kimi çıxırıq. Təbii ki, 3 xal qazanmaq istəyirik. Bunun üçün də vuruşacağıq. "Qarabağ"da əla kollektiv var. Bir-birimizə daim dəstək oluruq. Aprelın 6-sında da sona qədər uğurlu nəticə üçün döyüşəcəyik".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail