Debütdə 5-ci ”sülh”

03.04.2013 | 5259 dəfə oxunub

Topaz Premyer Liqasının XXIV turu Azərbaycan futbolu tarixində ilk uelsli baş məşqçi -Con Toşakın ölkəmizdə debütü ilə əlamətdar oldu. AZAL-la Lənkərandakı qarşılaşmada debüt edən təcrübəli mütəxəssisin yetirmələri onun ilk oyununda meydanı 1:1 hesablı heç-heçə ilə tərk etdi.
 
Stadium.az xəbər verir ki, b0aş məşqçi vəzifələrini icra edərək komandanı meydana çıxaran çalışdırıcıları nəzərə almamaqla Toşak klubun 9 illik tarixinə 10-cu mütəxəssis kimi düşdü. Ondan əvvəl komandada çalışmış məşqçilərdən ikisi – Rasim Kara və Ağasəlim Mircavadov 2 dəfə bu posta təyinat alıb. Onların debüt və qayıdışdan sonrakı ilk matçlarını da nəzərə alsaq, 12 dəfə “Xəzər Lənkəran” yeni baş məşqçisi ilə birinci sınağa çıxıb.
 
Uelsli mütəxəssis debüt matçında heç-heçə ilə kifayətlənən 5-ci baş məşqçi oldu. Ona qədər Nazim Süleymanov, Rasim Kara, İqor Ponomaryov və Cüneyt Biçer də ilk matçda “sülh”ə imza atmışdı. Toşak son 1 ildəki uğursuz ənənəni qırmağa nail oldu. Belə ki, ondan əvvəl komandaya rəhbərlik edən son 2 baş məşqçi debüt oyununda məğlubiyyətə üzülmüşdü. 2012-ci ildə ilk matçlarında iş başında olan Yunis Hüseynov da, Karles Martorell də xalsız debütə üzülmüşdü.
 
Nazim Süleymanov
07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1
 
Rasim Kara
30.10.2004 “MKT Araz” – “Xəzər Lənkəran” – 0:0
10.08.2008 “Karvan” – “Xəzər Lənkəran” – 1:0
 
Viktor Pasulko
12.02.2006 “Xəzər Lənkəran” – “Olimpik” – 1:0
 
Ağasəlim Mircavadov
11.08.2006 “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
21.08.2009 “Xəzər Lənkəran” – “İnter” – 1:0
 
İqor Ponomaryov
15.02.2009 “Xəzər Lənkəran” – “Karvan” – 0:0
 
Mirça Rednik
07.08.2010 “Xəzər Lənkəran” – “Qəbələ” – 1:0
 
Cüneyt Biçer
10.12.2011 “Xəzər Lənkəran” – “Qarabağ” – 0:0
 
Yunis Hüseynov
19.03.2012 “Xəzər Lənkəran” – “Bakı” – 0:1
 
Karles Martorell Bakes
18.11.2012 “Bakı” – “Xəzər Lənkəran” – 2:0
 
Con Toşak
30.03.2013 “Xəzər Lənkəran” – AZAL 1:1
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ı meydana çıxaran daha 3 çalışdırıcı - Şenol Fidan, Hafiz Əliyev, Emin Quliyev baş məşqçi əvəzi kimi komandaya rəhbərlik edib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail