"Rəvan” üzərində qələbə qazanıb..."

03.04.2013 | 4182 dəfə oxunub

Topaz Premyer Liqasının növbəti turunda “Rəvan”la qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, U-21-in düşərgəsində zədələnmiş komandanın müdafiəçisi Slavik Alxasov artıq sağalaraq sıraya dönüb. 20 yaşlı futbolçu yığmadakı çıxışı və hazırlıq prosesi barəsində klubun rəsmi saytına fikirlərini bildirib: “21 yaşadək futbolçulardan ibarət komandamız hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirib. Yığmamız Macarıstan klubu, Gürcüstan və Albaniya milliləri ilə üz-üzə gəlib. U-21-in heyətində iki görüşdə meydana çıxmışam. Normal oyun sərgilədiyimi düşünürəm. Albaniya ilə qarşılaşmada başımdan ciddi zədə aldım. İkili mübarizə zamanı rəqib futbolçunun dizi başıma dəydi. Nəticədə meydanda huşumu itirdim. Həkimlərin səyi nəticəsində özümə gəlsəm də, mənə bir müddət məşq etməmək tapşırığı verildi. Hazırda başımda bir az ağrılar qalsa da, özümü normal hiss edirəm. Artıq komanda ilə məşqlərə də başlamışam. İnşallah növbəti turda komandama kömək edərəm”.
Slavik Alxasov arxada qalan “Kəpəz”lə oyun və qarşıdakı “Rəvan”la qarşılaşma barəsində də danışıb. Futbolçu növbəti oyunda əsas vəzifələrinin 3 xal olduğunu da bildirib: “Kəpəz”lə oyunda komandamız kifayət qədər qol imkanı yaratdı. Hətta iki dəfə qapı dirəyi, iki dəfə isə Gəncə klubunun qapıçısı komandasını real qoldan xilas etdi. Buna baxmayaraq, 3 xalı qazana bildik. Komandada irəliləyiş hiss olunur. Son 3 görüşdə 7 xal qazanmşıq. İnşallah növbəti görüşdə “Rəvan”ı da üstələyib mövqeyimizi bir qədər də yaxşılaşdırarıq.”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail