Zaur Axundov: "Millimizə hörmətlə yanaşırlar" Müsahibə

03.04.2013 | 4984 dəfə oxunub

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Milli ardıcıl üçüncü dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Bu münasibətlə Sizi təbrik edir və Slovakiyada keçirilən qrup oyunları ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Təşəkkür edirəm. Təşkilatçılıq yüksək səviyyədə idi. Komandaya lazımi diqqət və qayğı göstərilirdi. Oyunlara gəldikdə, millimiz bütün matçlarını yüksək səviyyədə keçirdi. İlk oyunda Norveçlə qarşılaşdıq və asanlıqla qələbə qazandıq. Digər iki oyundakı rəqiblərimiz olan Bosniya və Herseqovina ilə Slovakiya bütün gücünü yığmamızla oyunlara saxlamışdı. Hər iki rəqibimiz bizə qarşı əzmkarlıqla mübarizə apardı. Hesaba diqqət yetirdikdə bunun şahidi oluruq. Çünki həm Bosniya və Herseqovinanı, həm də Slovakiyanı 1 top fərqi ilə məğlub etdik. Rəqiblərimizin məqsədi bizə qarşı yüksək səviyyədə oyun nümayiş etdirmək idi. Ancaq futzalçılarımızın ustalıq səviyyəsi hər iki matçda hesabın lehimizə dəyişməsinə səbəb oldu.
 
- İstər Bosniya və Herseqovinanın, istərsə də Slovakiyanın bütün gücünü yığmamızla oyuna qoruması millimizin qrupun favoriti olduğu anlamına gəlirmi?
- Bəli, qrupun aşkar favoriti Azərbaycan millisi idi. Həm bosniyalılar, həm də slovakiyalılar 10 min azarkeş qarşısında bizimlə oyunda güclərindən maksimum istifadə etdilər. Yenə deyirəm, ustalıq səviyyəsi öz sözünü dedi. Slovakiya ilə oyunun başa çatmasına 1 dəqiqə 45 saniyə qalmış matçın taleyi həll olundu.
Reqlamentə uyğun olaraq yalnız qrup oyunlarını birinci pillədə başa vuran komandalar final mərhələsinə birbaşa vəsiqə əldə edirlər. Biz də bunu bacardıq.
 
- Slovakiya ilə oyunun son anlarına qədər millimiz məğlub durumda idi. Həmin vaxt hansısa həyəcan var idimi?
- Heç birimiz istəmirdik ki, sentyabr ayında keçiriləcək pley-off oyunlarına qalaq. Slovakiya yığması da təcrübəli, güclü komandadır. Onların oyunçularını müxtəlif yarışlarda görüb, izləmişdik. Üstəlik, qapıçıları da çox güclü idi. Son 2-3 ildə belə məharətli qapıçı görməmişdim. O, 100 faizlik topları tuturdu. Sanki qapı üzümüzə bağlanmışdı. Ancaq son dəqiqədə futzalçılarımız ustalıqları hesabına həmin səddi yardı və iki qol vurdu.
 
- Qrup oyunlarını təhlil etmisinizmi? Razı və narazı qaldığınz məqamlar hansılardır?
- Final mərhələsinə maksimum nəticə ilə vəsiqə qazansaq belə, komandanın oyunundan tam razı qalmadım. Avropa çempionatının final mərhələsinə qədər 8 ay zamanımız var. Təbii ki, həmin vaxta qədər dəyişikliklər olacaq. Baş məşqçi ilə məsləhətləşdikdən sonra 4-5 gənc futzalçını təlim-məşq toplanışlarına dəvət edəcəyik. Avropa çempionatına qədər onları da hazırlayacağıq. Bilirsiniz ki, millinin heyəti əsasən yaşı 30-dan yuxarı olan futzalçılardan qurulub. Onlara qısa vaxt ərzində ardıcıl üç oyun keçirmək çətin olur. Bəzən hansısa futzalçımız gözləmədiyimiz anda elə səhvə yol verir ki...
Xorvatiyada üzləşdiyimiz uğursuzluq Belçikada təkrarlanmamalıdır. Artıq Avropada millimizi hər kəs tanıyır və hörmətlə yanaşırlar.
 
- Müsahibələrinizin birində baş məşqçinin taleyinin qrup oyunlarında qazanılacaq nəticələrdən asılı olacağını demişdiniz. Joze Alesio Da Silvanın fəaliyyəti ilə bağlı hər hansı qərara gəlmisinizmi?
- Tarixdə nəticə qalır. Həm futzalçıların, həm də baş məşqçinin işindən 100 fazi razı qala bilmərəm. Bu məsələni AFFA rəhbərliyi ilə müzakirə edib, qəti qərar verəcəyik. Nəticələrə diqqət yetirsək, son 5 ildə artıq üçüncü dəfə millimiz bu baş məşqçinin rəhərliyi altında Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
 
- Futzal millimiz ardıcıl üçüncü dəfə AÇ-nin final mərhələsinə vəsiqə qazandı. Bu uğurun sirri nədədir?
- Komandaya göstərilən diqqət və qayğının nəticəsidir. Yeri gəlmişkən, AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk ki, komandaya lazım olan dəstək verilir, təlim-məşq toplanışlarının keçirilməsi üçün lazımi şərait yaradılır. Komanda üzvləri də öz oyunları ilə sübut edirlər ki, Azərbaycanda futzal inkişafdadır. Ardıcıl olaraq üçüncü dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağın özü böyük nəticədir.
 
- Final mərhələsinə qədər qalan müddət ərzində yığma neçə təlim-məşq toplanışı keçirəcək?
- May ayında milli çempionat başa çatacaq. Ondan sonra futzalçılar təminən 1 ay müddətinə istirahətə buraxılacaq. İyulun ortalarından etibarən klublar hazırlığa başlayacaq. Yığma üçün isə iki təlim-məşq toplanışı təşkil etməyi düşünürük. Futzalçıların fiziki hazırlığını yüksəltməliyik. Bu məqsədlə fiziki hazırlıq üzrə mütəxəssis dəvət etməyi planlaşdırırıq. Bununla bağlı danışıqlar başlayıb. Həmin məşqçi həm yayda, həm də AÇ-dən əvvəl 10-12 gün topsuz məşqlər keçəcək. İndi sürətli oyunlara üstünlük verilir. Futzalda oyunların 60-70 faizini sürət həll edir. Təlim-məşq toplanışına 15-20 futzalçı dəvət edəcəyik. Təbii ki, son qərar çempionatdan əvvəl veriləcək və hazır olan futzalçılar ölkəmizi qitə birinciliyində təmsil edəcək.
 
- Milli çempionatla bağlı nə deyə bilərsiniz?
- Millinin üzvlərinin əksəriyyəti “Araz”ın formasını geyinir. Təbii ki, onların bir yerdə oynaması yığmanın oyunlarında da özünü göstərir. “Neftçi”, “Ekol”, “Bakı Flames” klublarından da yığmaya oyunçular dəvət olunacaq. Milliyə gənclərin gətirilməsinin vaxtı çatıb. AÇ-yə qədər bir neçə turnirdə iştirak edəcəyik ki, həmin gənclər təcrübə qazansınlar.
 
- Bakı Beynəlxalq Futzal Turnirində əsas milli ilə yanaşı, ikinci yığma da mübarizə aparırdı. Necə düşünürsüz, əsas komandada rəqabəti artırmaq üçün bu komandanın yardılmasına ehtiyac varmı?
- İkinci komandanın yaradılması ilə bağlı AFFA rəhbərliyinə müraciət etdik. Onlar bu təklifimizi dəstəklədilər. Yayda həmin komanda üçün də təlim-məşq toplanışı təşkil edəcəyik. İkinci yığmanın olması əsas komandada rəqabəti artıracaq.
 
- Sonda əlavə etmək istədiyiniz nəsə varmı?
- Milli komandamıza azarkeşlik edən futbol ictimaiyyətinə təşəkkürümüzü bildiririk. Slovakiyada olan zaman bilirdik ki, onlar oyunlarımızı izləyirlər. Futzala marağın daha da artacağına ümid edirəm. Biz də öz işimizlə onları sevindirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail