Xodukin: “Xoşdur ki, turnir daimi status aldı”

02.04.2013 | 4434 dəfə oxunub

“İnter” Uşaq Gənclər Futbol Məktəbinin inkişaf layihəsinin rəhbəri Valentin Xodukin sayca ikinci dəfə keçiriləcək İBAR CUP turniri barədə fikirlərini klubun rəsmi saytına bölüşüb: "Məlum olduğu kimi, 2016-cı idə Azərbaycanda U-17 milli komandaları üçün Avropa Çempionatı keçiriləcək. Bizim məqsədimiz yığma komanda üçün ehtiyat futbolçular hazırlamaqdır. Biz futbolçularımızın səviyyəsini yoxlamaq və bununla da milli komandaya kömək etmək istəyirik. Bundan başqa, bu turnir Avropanın müxtəlif ölkələrinin futbolçularının hansı oyun tərzinə üstünlük verdiklərini izləmək üçün də böyük imkandır. Turnirin çoğrafiyası kifayət qədər genişdir, burada Avropanın qərb, şimal və şərq bölgələrindən olan komandalar var. Biz çox şeyin şahidi olacağıq və bu klublardan nəsə öyrənəcəyik və öz işimizdə tətbiq etməyə çalışacağıq.
 
Azərbaycan Beynəlxalq Bankın əsas funksiyalarından biri ölkənin ictimai həyatında fəal iştirak etməkdən ibarətdir. Beləliklə,daha çox uşaq idmana, futbola cəlb olunur. Mən hesab edirəm ki, belə turnirlər uşaqların futbola və sağlam həyat tərzinə cəlb olunmalarında böyük rol oynayır.
Xoşdur ki, turnir daimi status aldı. Etiraf edim ki, biz Avriopanın bir çox klubuna müraciət etmişik və turnirdə iştirak etmək istəyənlərin sayı çoxdur. Ötənilki turnir kifayət qədər uğurlu oldu. Düşünürəm ki, bizim turnir futbolsevərlər üçün yaxşı hədiyyə olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail