Torres: "Qələbə "Neftçi"dən çox bizim üçün vacibdir"

02.04.2013 | 5583 dəfə oxunub

"Bəxtsizlikdən "Qarabağ"a qoşulan kimi zədələndim. Hardasa 2 ay meydandan kənarda qaldım. Sağ olsun komanda yoldaşlarım. Həm məşqçilər, həm də futbolçular daim mənə dəstək oldular". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kristian Torres deyib.

Torres klubun rəsmi saytına verdiyi açıqlamada qarşıdakı "Neftçi" ilə oyundan da söz açıb: "Qəbələ" ilə vacib görüşdə start heyətində meydana çıxmağım bir qədər həyəcanverici olsa da, oyunun gedişində tezliklə bu problemi aradan qalxdı. Sevindirici haldır ki, qələbə qazana bildik. Uşaqlarla sona qədər mübarizə aparaq lazımı nəticəni qazana bildik. İndi bizi qarşıda "Neftçi"ylə oyun gözləyir. "Ağ-qaralar" olduqca yaxşı futbol oynayır. Amma bizim də hədəfimiz bəllidi. "Neftçi"ni udsaq iddiamız çox güclənəcək. Qələbə "Neftçi"dən çox bizim üçün vacibdir. 3 xal fərqin 3-ə qədər azalması deməkdir. "Neftçi"ylə oyunda meydanda olmaq istərdim. Amma buna baş məşqçimiz qərar verir. Komandamızda hər mövqedə inanılmaz rəqabət var. Bu şübhəsiz, komandamızın xeyrinədir. İnanırıq ki, sonda istədiyimiz nəticəni qazana bilərik. Bizim buna potensialımız çatır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail