"Qəbələ" "Vilyareal"a uduzdu

02.04.2013 | 4901 dəfə oxunub

Antalyada IV Vodafone Kubokunda çıxışını davam etdirən “Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası bu gün turnir çərçivəsində 2 oyun keçirib. Stadium.az xəbər verir ki, qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşan “qırmızı-qaralar” rəqibinə heç bir şans verməyib. Türkiyə təmsilçisini 4 dəfə meydançanın mərkəzinə dəvət edən “Qəbələ” qapısını toxunulmaz saxlaya bilib – 4:0. Matç Təbriz İsazadənin het-triki ilə yadda qalıb. Digər qol isə Məhəmməd Abbaslının aktivinə yazılıb. Bu nəticədən sonra 2 qələbə və 1 məğlubiyyətlə “Qəbələ” qrup mərhələsini 2-ci pillədə adlayıb. 1/16 final mərhələsində isə təmsilçimiz İspaniya “Vilyarreal”ı ilə üz-üzə gəlib. “Qırmızı-qaralar” matçı yüksək səviyyədə keçirsə də, yekunda ispaniyalılar 2:0 hesabilə qalib gəlib. “Qəbələ” turnir çərçivəsində növbəti oyununu aprelin 3-ü keçirəcək. 9-16-cı yerlər uğrunda qarşılaşmada komandamız “Sarıyer”lə münasibətlərinə aydınlıq gətirəcək.

Sabah isə turnirdə All Star matçı baş tutacaq. Sözügedən oyunda Əcnəbilər yığması ilə Türk yığması üz-üzə gələcək. Əcnəbilər yığmasının qapısını “Qəbələ”li Murad Cəfərov qoruyacaq. Bakı vaxtı ilə 15:30-da start götürəcək matç NTV Spor kanalı vasitəsilə canlı yayımlanacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail