Varea: "Qollarımı qızıma həsr edirəm"

01.04.2013 | 4560 dəfə oxunub

"İlk öncə onu qeyd edim ki, oyun bizim üçün göründüyü qədər asan keçmədi. Xüsusən ilk yarıda rəqib sona qədər döyüşür, mübarizə aparırdı. Müdafiədəki boşluqlarımızdan yararlanaraq hava toplarında bizə problem yaşadırdılar". Stadium.az xəbər verir ki, bu sözləri "Rəvan"ın futbolçusu Xuan Manuel Varea deyib.

"Turan"la görüşdə het-trik edərək, futbol tariximizə düşçən argentinalı forvard klubun rəsmi saytına verdiyi açıqlamda sözünə belə davam edib: "Fasilədə baş məşqçimiz bizimlə ciddi söhbət etdi. Onu hələ bu qədər əsəbi görməmişdim. Futbolçular öz arasında söz verdi ki, ikinci hissəni çıxıb fərqli oynayacağıq. Gördüyünüz kimi, fasilədən sonra çox yaxşı oynadıq. 5 qol vurduq, üstəlik, 3 yüzfaizli imkanı da qaçırdıq. Qollarımı qızıma həsr edirəm. Rekord etməyimi ilk dəfə eşidirəm. Belədisə çox xoşbəxtəm, adımı klub və Azərbaycan futbolu tarizinə yazdırdığıma görə. İllər sonra məni xatırlamağa əsas olacaq. Ancaq komandanın uğurunun daha vacib olduğunu da deməliyəm. Qolu kimin vurması elə də önəmli deyil. Əsası 3 xalı qazanmaqdır. İndi mən hücumçuyam deyə daha çox şans əldə edirəm. Belə epizodlardan effektiv yararlanmaq zəruridir. Bombardirlik? Yenə deyirəm, mənə komandamın uğuru daha vacibdir. Bombardir olsam da, lap yaxşı. Həm öz, həm də komandamın adına müsbət hal olardı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail