Nazim Əliyev: “Oğlumun soyadının Kərəmli olması çoxlarını çaşdıra bilər” Müsahibə
Aprelin 5-də müasir Azərbaycan futbolunda öz dəst-xətti ilə imza qoymuş veteran futbolçu Nazim Əliyevin 50 yaşı tamam olur. Milli çempionatlar tarixində 3 dəfə bombardir olmağı bacaran Nazim müəllim 2 rekordun sahibidir. İlk çempionatda vurduğu 39 qolu kiminsə təzələyəcəyi real görünmür. Ən azından yaxın müddətdə. Digər rekordun yenilənməsindən isə, ümumiyyətlə söz açmıq düzgün olmazdı. Veteran futbolçu milli çempionatlar tarixində ən çox qol vuran futbolçudu – 183 qol. Nazim müəllimlə söhbətimizdə həmin sayın 183 deyil 184 olduğunu bildirdi. Hətta zarafatla “birini kimsə yeyib, biri az, biri çox, nə fərqi var ki” deməklə 1 qolu həmin adamlara halal etdiyini də bildirdi. Nazim Əliyevlə söhbətimizin maraqlı məqamlarını təqdim edirik:
50 il bir göz qırpımında keçib
getdi. Ürək hələ də cavan qalır, amma fiziki durumdakı yaşlanma özünü həmişə göstərir. Hərdən köhnə
uşaqlarla futbol oynayırıq. İstəyirsən haqsısa fəndi eləyəsən.
Baxırsan ki, alınmır. Gün-gündən əvvəlki kimi oynaya bilmirsən.
***
Əslən Füzuli rayonundanam. 1979-cu
ildə rayonumuzdakı “Tufan” komandasında oynayırdım. Respublika
birinciliyinin qalibi olduq. Bizi o vaxt SSRİ məkanında keçirilən “Dəri top” turnirinə göndərdilər. Bu yarışlarda iştirak edən ilk
rayon komandası idik. 24 komanda arasında 12-ci nəticəni göstərə bildik.
Amma çoxları bizdən bunu gözləmirdi. Yəni, 12-ci yer yaxşı nəticə
sayılırdı.
İki il sonra ali məktəbə daxil
olmaq üçün Bakıya gəlməli idim. İş elə gətirdi ki, qatarın gecikməsi səbəbindən rayonda
qalası oldum. Ümumiyyətlə, ailəmizdə təhsilə böyük önəm verilirdi. Atam instituta daxil
olmamı istəyirdi, mənsə futbol oynamaq üçün alışıb-yanırdım. Fikrimdən dönməyəcəyimi gördükdə Əhməd Ələsgərova zəng elədi. Nə vaxtsa
qatarda kupe yoldaşı olublarmış. Əhməd müəllim telefon nömrəsini veribmiş ki, birdən lazım olsa əlaqə saxla. Məni Bakıya
baxışa çağırdılar. Beləcə, “Neftçi”nin əvəzedici heyətinə düşə bildim.
***
1983-cü ilə hərbi xidmətə yollandım. MOİK-də oynamağa
başladım. Cənubi Qafqazı təmsil edən MOİK yığmasının heyətində yeganə azarbaycanlıydım. Qalanları
gürcü, erməni, osetin və digər millətlərdən idi. Əsgərliyim gedə-gedə 2-ci divizionda Sumqayıtı təmsil edən
“Vosxod”un və Naxçıvan “Araz”ının formasını geyinmişdim. SSRİ
vaxtı “Neftçi”də oynamaq qismət olmadı. Çünki, ora düşmək çox çətin idi.
Respublikanın bir nömrəli komandası idi, rəqabət güclü idi. Amma Azərbaycanın
bir çox üzdə olan komandalarında oynamaq imkanı qazandım. “Avtomobilçi” (Mingəçevir),
“Xəzər” (Lənkəran), “Xəzər” (Sumqayıt)...
SSRİ dağılandan sonra öz çempionatımız keçirilməyə başladı.
Qeyd edim ki, SSRİ çempionatı indiki premyer-liqadan qat-qat səviyyəli turnir
idi. Biz də həmin sistemi görüb, gələn oyunçular idik. İlk birincilikdə heyətində
oynadığım Sumqayıt “Xəzər”i ikinci yeri tutdu, 39 qolla bombardir oldum.
***
O vaxtkı futbolla indiki arasında
yerlə göy qədər fərq var. Bizim vaxtımızda yüklənmələr daha çox idi. Fiziki baxımdan
axsamırdıq. Həmin yükləmələrin əziyyətini indi çəkirəm. Əzələlərimdə, ayaqlarımda hərdən ağrılar olur. Adı yadımda deyil, hansı məşqçimizsə yaxşı
deyib: “O vaxt hamı həvəskar idi, peşəkar futbol oynayırdıq, bu günsə hamı peşəkardı
amma həvəskar futbol oynayırıq”. Doğrudan da, yerində deyilmiş
sözlərdi. Hazırda futbolçular süni örtüklü meydançalarda məşq keçirlər, futbol
oynayırlar. Hamısı ziyandı. Süni örtük heç vaxt təbii örtüyün yerini verə bilməz. Sünidə zədələnmələr, əzilmələr daha
tez-tez baş verir. Diz bağlarının zədələnməsi üzündən əməliyyat
olunan 18 yaşına çatmamış uşaqların sayı gün-gündən artır. Bu uşaq nə oynadı
ki, nə də gördü? Baxırsan ki, uşaq futbolunda məşqlər süni meydançalarda keçirilir.
Göz görə-görə övladlarımazı şikəst edirik. Təbii meydançalar sulandığından bu
tip zədələnrdən uzaq olursan.
***
Millinin oyununu televiziya vasitəsilə izlədim.
Futbolda əsas amillərdən biri top saxlamaqdı. Komandamız bu yöndə böyük
problemlərlə üzləşir. Top saxlamaqda, təkbətək mübarizələrdə zəifik. Özüm rəsmi
oyunlarda olmasa da, bir neçə dəfə yoldaşlıq görüşlərində millinin formasını geymişəm.
Yığmanın Gürcüstanla ilk oyununun iştirakçılarındanam. O vaxt yığmanın üzvləri keçmiş
SSRİ məktəbi keçmişdilər. Doğrudu, yaxşı nəticələr göstərməsə də, heç olmasa baxımlı futbol göstərə bilirdi.
İndi isə, nə nəticə var, nə də baxımlı futbol.
Onsuz da 5-7 xal hər seçmə mərhələdə – yerli
məşqçilərin vaxtında da, Berti Foqtsun dönəmində də yığılır. Bunu uğur kimi qələmə vermək düzgün
olmazdı. Hazırda bütün dünyada futbol inkişaf edir. Pulla çox şeyi həll etmək olar,
amma qısa müddət kəsiyində. Voleybolu, ötüstü hokkeyi misal çəkə bilərəm. Fikrimcə, Berti
Foqts komandada qalmamalıdı. O qədər yerli məşqçilərimiz var ki, ən azından
onun göstərdiyi nəticələri qazana biləcəklər. Şahin Diniyev millinin baş məşqçisi
olanda onun köməkçisi işləyirdim. 5 xal yığmışdıq. Amma gəlin görək, bizə hansı şərait
yaradılmışdı. Foqtsa yaradılan şəraitin heç yarısı bizdə yox idi. Uşaqların Tofiq Bəhrəmov adına
arenada məşqinə icazə vermirdilər ki, meydança korlana bilər. Ya da
klublar futbolçusunun zədələnməsində ehtiyat edərək, yığmaya buraxmırdı. Əgər Foqtsa yaradılan şərait istənilən yerli məşqçiyə
yaradılarsa və yığma indikindən yaxşı nəticə qazanmazsa, onda futboldan birdəfəlik gedərəm. Yerli
məşqçi həm futbolçulara, həm də mühitə yaxşı bələddi.
Foqts da isə bü özəlliklər yoxdu. Futbolumuzun vəziyyəti yaxşı durumda deyil. Öz dərdimizə özümüz
çarə tapa bilərik, başqaları yox. Gəlmələri bizim dərdimiz,
problemlərimiz yox, pul maraqlandırır. Bir müddətdən sonra heç yadlarına düşməyəcəyik.
***
Milliyə 40-50 namizəd
olmalıdı. Yığma klub deyil ki, orada əsas oyunçu söhbəti olsun.
Rəsmi oyun ərəfəsində baxılmalıdı, kim çempionat oyunlarında özünü yaxşı
tərəfdən göstərərsə, o da forma geymək şansı qazanmalıdı. Heç bir futbolçu daim
stabil oyun nümayiş etdirə bilməz. Bunun enişi-düşüşü var. Bizdə bəzi
futbolçular var ki, çempionat oyunlarında nə cür oyun göstərirlər göstərsinlər,
yığmada yerləri qarantiya olunub. Düzgün yanaşma deyil. Hazırda bir neçə gənc futbolçularımız var
ki, millidə oynamağa layiqdilər. Amma “əsas heyət
oyunçusu” səbəbindən ora düşə bilmirlər. Tez-tez komandanın
cavanlaşdırılmasından söz açırlar. Düşünürəm ki, bu yanaşma düzgün deyil.
Yığmada gənc istedadlı futbolçularla yanaşı bir qədər yaşlı və təcrübəli
futbolçular bir yerdə oynamalıdılar. İnanmıram ki, bu gedişlə Foqtsla
işbirliyi davam etdiriləcək. Gələcəkdə millinin yerli məşqçiyə tapşırılması daha yaxşı olardı.
Buna layiq mütəxəssislərimiz yetərincədi. Hazırda millimiz “Zapı”nı xatırladır. Onu
Şumaxer də sürsə, xeyri yoxdu.
***
Milli ilə yanaşı
klublarımızın çoxu əcnəbi çalışdırıcılara üstünlük verirlər. Vallah
onların heç biri bizimkilərdən üstün deyil. Hər məşqçi özü ilə 5-6
futbolçu gətirir, öz oyun üslbünü tətbiq etməyə çalışır. Nəticə
olmayanda isə, qovulur. Bundan başqa bir çox klublarımızda məşqçilər istədiyi səlahiyyətlərə malik
deyillər. Elə komandalarımız var ki, oyuna çıxan komandanın heyətini o
deyil, klub rəsmiləri təyin edirlər. Belədə həmin adam komandaya nəyə lazımdı? Komanda ilə bağlı
bütün səlahiyyətlər məşçidə olmalıdı. Ona vaxt verilməlidi ki, özünü göstərə bilsin.
“İnter”i nümanə göstərə bilərəm. Sxadadze necə ildi komandanın sükanı arxasındadı, yaxşı nəticələr də göstərə bilir. Əgər mövsüm ərzində klub bir neçə baş məşqçi dəyişirsə, hansı uğurdan söhbət gedə bilər?
***
Çempionatımızda legioner limiti
azaldılmalıdı. Yerli oyunçulara üstünlük verilsə, futbolumuzun xeyrinə olar. Bu
mənada Foqstu qınamıram. Seçim imkanı az olduğundan millidə də
futbolçular arasında rəqabət aşağı səviyyədədi. Bu
yaxınlarda AFFA-nın 1-ci dəstə komandalırnda yaş həddinin tətbiqi ilə bağlı qəbul
etdiyi yeni qaydaya da münasibət bildirmək istəyirəm. Futbol da bir yaşayış sahəsidi. İşləyirsən. Pul
qazanırsan. Ailəni dolandırırsan. 21 yaşdan yuxarı futbolçuları birdən-birə
futboldan silməz olmaz. Əsl
futbolu 23-24 yaşlarında oynayırlar. Bu yaşda futbolçu karyerasında ən yaxşı
dönəmini keçirir. Mən təzə-təzə futbola gələndə SSRİ-nin məşhur
futbolçusu Georgi Yartsev yüksək dəstədə bombardir oldu. Həmin vaxt onun 30 yaşı vardı. Kim deyə bilər ki, indi 1-ci dəstədə çıxış edən 22-23
yaşlı futbolçulardan hansısa gələcəkdə Azərbaycan futbolunun fəxrinə çevrilməyəcək?
Bizim vaxtımızda çempionat daha
maraqlı keçirdi. Futbola axın var idi. Azarkeşlərin marağı böyük idi.
İndi bəzi komandaları çıxmaq şərtilə əksəriyyətinin azarkeş kütləsi yox dərəcəsindədi. Yaxşı
yadımdadı, “Qarabağ”la Ağdamda oynayanda avtomat, raket səsləri gəlirdi.
Rayonda müharibə gedirdi. Amma nə
futbolçular, nə də əhali buna fikir verirdi. Stadion həmişə ağzınacan dolu olurdu.
***
Bir də futbolmuzun inkişafını ləngidən amillərdən biri də yerli
oyunçuların legioner həyatı yaşamamasıdı. Barmaqla sayılacaq qədər
legionurlərimiz var. Bunun da başlıca səbəbi, Azərbaycanda onlara yaradılan şəraitdi.
Futbolçuylara yüksək maaşın verilməsi yaxşı haldı. Amma inkişaf etmək üçün
daha səviyyəli komandalarda oynamaq şərtdi. Əksər futbolçularımız pula görə ölkədən kənara çıxmaq istəmirlər.
Onsuzda xaricdə qazandığı pulu evinin içində alır. Amma bu düzgün yanaşma
deyil. Həm də bir çoxlarının ev-eşiyindən kənarda yaşamağa gücləri
çatmır. Futbolçu olarkən, bir neçə dəfə xaricdən –
İsraildən, İrandan təkliflər almışdım. Amma Azərbaycandan kənarda
yaşaya bilmədim, həmin təklifləri rədd etdim.
***
İki övladın var – bir
qız, bir oğlan. Oğlum yolumu davm etdirir. Hazırda “Kəpəz”də oynayır.
Elgizin necə futbolçu olması haqda fikir yürütməyim düzgün olmazdı. Yarımmüdafiəçidi, məncə pis
oynamır. Soyadının Kərəmli olması çoxlarını çaşdıra bilər.
1992-ci ildə anadan olanda atamın şərəfində Kərəmli qoydum. Yəni Əliyev soyadından imtina etmiş kimi olduq. Sonradan
nəslimizdə anadan olan bütün uşaqlara bu soyad qoyulmağa başladı. Təkcə qardaşım
oğlundan başqa. Adı İlham olduğundan prezidentimizin şərəfinə Əliyev soyadına toxunmadıq.
***
Sumqayıtda oynayarkən “Xəzər”in bir azarkeşi vardı, oyundan əvvəl gəlib mənə dedi ki,
hər vurduğun qola görə 100 rubl mükafat alacaqsan. O vaxt üçün çox
samballı pul idi. Mən də gəlib uşaqlara dedim ki, qolun ötürməsini verənə 25 rubl
verəcəm. Elə də güclü komanda ilə oynamırdıq. Oyunun sonuna yaxın 2-3 top fərqi ilə öndəydik. Qol
vura bilməmişdim, heç kim də ötürmə vermək istəmirdi. O boyda pul batırdı. Epizodların birində Vaqif
Sadıqovla əks-hücum qurduq. Önümüzdə cəmi bir müdafiəçi vardı. Vaqif ötürmə vermədi, özü
qapıya zərbə vurdu. Müdafiəçiyə dəyən top dizimə dəyib “doqquzluğa” getdi. 100 rubl
mükafatımı aldım. Amma heç kimlə paylaşmadım. Kim ötürmə vermişdi ki?
***
Karyeram ərzində çox az
sayda sarı vərəqə, bircə dəfə isə qırmızı vərəqə almışam. Ümumiyyətlə, təbiətcə sakit adamam və heç vaxt
hakimlərlə mübahisəyə girişməmişəm, kobud oyundan yan qaçmışam. Bir dəfə
Naxçıvanda “Araz”la oynayırdıq. İki top vurmuşdum. Adını demək istəmədiym
hakim “Araz”ın oyunu uduzacağından ehtiyat edərək mənə heç bir səbəb olmadan
qırmızı vərəqə göstərdi. Həmin hakim istəyinə çatdı, 2:3 hesabı ilə uduzduq. Sonradan “Xəzər” rəhbərliyi
etiraz etdi və matçın nəticəsi ləğv olundu. Amma mənim “qırmızı”m yox.
***
Yubiley tədbiri
aprelin 3-də “Kolizey”də olacaq. Qonaqların dəvəti və təşkilati
işlərlə Oqtay Abdullayev məşğul olur. Sağ olsun ki, belə çətin işi
öz üzərinə götürüb. Həmin gün şou-biznes nümayəndələri ilə veteran futbolçular arasında
yoldaşlıq oyununun keçirilməsini də planlaşdırmışıq. Tədbirin 2 gün əvvəl
keçirilməsi təşəbbüsü isə özümə aiddi. Ad günümü aprelin 5-də ailəmlə birgə keçirmək istəyirəm.
İlqar TAĞIYEV, “Het-trik
news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |