Azərbaycan futbolunda hücumçu problemi ARAŞDIRMA
Ölkəmizdə hцcumçu qıtlığı demək olar ki, hər zaman mövcud olub. Son illərdə isə bu məqam özünü daha çox biruzə verir. Təsadüfi deyil ki, son illər ərzində çıxış yolu kimi əcnəbi hücumçular milliləşdirilərək yığma komandamıza cəlb olunurlar. Bir neçə il öncə Badri Kvaratsxeliya ilə başlayan bu ənənə daha sonra Leandro Qomeş, Branimir Subaşiçlə davam etdi. Bugünkü gündə də Cihan Özkara, Pərdis Fərcad-Azad kimilər Azərbaycan pasportuna sahib çıxaraq, ölkəmizin 1 nömrəli komandasına dəvət alırlar.
Bir sözlə, bu gün ölkədə hücumçu çatışmazlığı var və bu, özünü qabarıq şəkildə biruzə verir. Buna əmin olmaq üçün təkcə cari mövsümdə ölkə çempionatının bombardirlər yarışa baxmaq kifayətdir. Çempionatın ən məhsuldar 8 futbolçusu arasında 1 nəfər də olsun, azərbaycanlı yoxdur. Kimsə bu siyahıda Pərdis Fərcaz-Azadın adını görüb, “bəs, bu?” deməsin. Hamımız bilirik ki, Azad hər nə qədər nənəsinin bakılı olduğunu desə də, onun Azərbaycana heç bir dəxli yoxdu.
Bombardirlər yarışında azərbaycanlı hücumçunun olmaması ürəkağrıdıcı faktdır. Çətin ki, belə bir acınacaqlı faktla Azərbaycandan başqa hansısa bir ölkədə rastlaşmaq mümkün olsun. Sizcə, cari mövsüm ən çox qol vuran azərbaycanlı futbolçu kimidir? Çox düşünməyin, Rəşad Abdullayevdi. “Qəbələ”nin yarımmüdafiəçisi 5 qol vurmaqla azərbaycanlı futbolçular arasında liderdi. Bu isə onu göstərir ki, son 2 ildə olduğu kimi, cari mövsümdə də Azərbaycan çempionatının bombardiri məhz əcnəbi futbolçu olacaq. Böyük ehtimalla, bu adı da “Neftçi”nin hücumçusu Nikolas Kanales qazanacaq. Çilili forvard artıq 20 qol vurub ki, bu da son 5 ilin ən yaxşı göstəricisidir. Ən azı daha 2 qol vuracağı halda, Kanales son 14 ilin ən yaxşı göstəricisinə imza ata çıxa bilər.
Statistikadan söz düşmüşkən, qeyd edək ki, son illərdə ölkəmizə əcnəbi axınının baş verməsi bombardirlər yarışına da birbaşa təsir göstərir. Çünki əvvəllər, futbolumuzun “ac” dövründə əcnəbilərin sayı elə də çox deyildi. Buna görə də yerli hücumçular daim üzdə olur, ən yaxşı snayper adını qazanırdılar. İlk əcnəbi bombardir adını isə Badri Kvaratsxeliya qazanıb. 1999/2000 mövsümündə gürcü forvard “Şəmkir”in heyətində 16 qol vuraraq rəqibləri üçün əlçatmaz olmuşdu. Yerli futbolçulardan isə sonuncu bombardir Fərid Quliyev olub. 2009/10 mövsümündə “Standart”ın heyətində 16 qol vurmaqla gənc forvard bütün həmkarlarını qabaqlamağı bacarmışdı.
Çempionatımızın ilk bombardiri isə Nazim Əliyev olub. Ümumiyyətlə, Əliyevi bu sahədə rekordçu hesab etmək olar. Çünki Əliyev bu uğurunu sonralar daha 3 dəfə təkrarlayıb. Bir sözlə, Nazim Əliyev ardıcıl 2 dəfə, ümumilikdə isə 4 dəfə Azərbaycan çempionatının bombardiri olmuş yeganə futbolçudur. 1992-ci ildə onun vurduğu 39 qolluq göstəricini də bugünə kimi heç kim təkrarlamayıb.
Bütün bu sadaladığımız faktlar da bir daha onu göstərir ki, bu gün Azərbaycan futbolunda ciddi şəkildə hücumçu problemi yaşanır. Təəssüf ki, istər klublarımız, istərsə də millimiz çıxış yolunu legionerlərə qucaq açmaqda görürlər. Təbii ki, bu, səhv addımdır. Çünki hücumçu problemini qismən də olsa, aradan götürməyin yeganə yolu yalnız futbolçu yetişdirməkdən keçir.
Sonda isə mütəxəsisslərin, vaxtı ilə Azərbaycan çempionatının bombardiri adını qazanmış futbolçuların mövzu ilə bağlı fikirlərini təqdim edirik:
Ağasəlim Mircavadov: “İlk növbədə onu deyim ki, mənim fikrimcə bugünkü gündə Azərbaycanda təkcə hücumçu yox, həm da qapıçı problemi var. Kamran Ağayevdən sonra yaxşı qapıçı yetişmir. Fikir verdizsə, Kamran necə aydı meydana çıxmırdı, amma Portuqaliya ilə görüşdə yığmamızın heyətində ən yaxşı idi. O ki qaldı hücumçu məsələsinə, bunun əsas səbəblərindən biri odur ki, yerli hücumçulara klublarda çox az şans verilir. Azərbaycanda yaxşı hücumçular var. Bu baxımdan Rauf Əliyevin, Vaqif Cavadovun, Vüqar Nadirovun adını çəkmək olar. Sadəcə olaraq, həmin bu futbolçulara inanmaq, onlara şans vermək lazımdır. Futbolçu meydana çıxmayanda necə qol vura bilər? Əgər, bu gün əksər klublar gəlmə hücumçulara güvənirlərsə, onda bombardir də elə əcnəbi olacaq”.
Şahin Diniyev: “Hücumçu probleminin kökü aydın məsələdir ki, uşaq futbolundan başlayır. Uşaq məktəblərində yaxşı, ağıllı hücumçuların hazırlanmasında problemlər var. Bu vəziyyət sonda Premyer Liqada özünü biruzə verir. Yerli hücumçuların parlamamasının başqa bir səbəbi də az oynamalarıdır. Çünki legionerlər çox olduğundan yerli futbolçulara şans az verilir, əsasən da hücumçulara. Eləcə də yerli hücumçulara inam azdır. Oynamayan hücumçu da qol vura bilməz”.
Vüqar Nadirov: “Ümumi problem ondadır ki, yerli hücumçulara az şans verilir. Bundan başqa, azərbaycanlı hücumçular da azdır. Hazırda 12 komandanın oynadığı Premyer Liqada cəmi 3-4 yerli hücumçu mütəmadi olaraq oynamaq şansı qazana bilir. İddialı klubların çoxunda legioner forvardlar forma geyir. Futbolçu oynadıqca özünü göstərə bilir. Bir oyun oynayıb, üç matçda oynamayanda hücumçunun istədiyi nəticəni əldə etməyi çətin olur”.
Nazim Əliyev: “İlk növbədə uşaq futboluna diqqət ayrılmalıdır. Amma mən bugünkü gündə Azərbaycanda yaxşı hücumçunun olmaması fikir ilə razı deyiləm. Azərbaycanda yaxşı hücumçular var. Amma onlara şans verilmir. Həmin uşaqlarla şans tanınsa, onlara lazımı diqqət ayrılsa, adlarından söz etdirə bilərlər. Bir neçə il öncə Xaqani Məmmədov “İnter”in heyətində bombardir oldu. Amma növbəti mövsümdə ona lazımı qədər şans verilmədi. Əgər, bir futbolçu bombardir olubsa, onu necə ehtiyatda saxlamaq olar? Yerli hücumçulara şans verilməməsinin başqa bir səbəbi də var. Belə ki, əksər klublarımızı əcnəbi mütəxəssislər çalışdırır. Onlar da tez bir zamanda nəticə qazanmaq üçün tanıdıqları, özlərinə yaxın olan hücumçuları komandaya götürür, həmin futbolçulara da güvənirlər. Bir sözlə, azərbaycanlı hücumçuların üzə çıxmamasının, bombardir ola bilməməsinin səbəbi əcnəbilərin çoxluğudur. Futbolçu oynamırsa, necə qol vuracaq?”
Fərid Quliyev: “Bu gün hansı iddialı komandaya baxsanız heyətdə əcnəbilərin çoxluğuna şahidlik edəcəksiniz. Yerli hücumçulara şans verilmir. Bunun konkret səbəbini deyə bilmirəm. Yalnız onu söyləyə bilərəm ki, azərbaycanlı hücumçulara şans verilsə, onlar uğurlu çıxış edə bilərlər”.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |