"Qarabağ" "Qəbələ" sindromu"na son qoydu

01.04.2013 | 4260 dəfə oxunub

“Qarabağ” “Qəbələ” ilə oyunlarda tilsimi qırıb. Stadium.az xəbər verir ki, Ağdam təmsilçisi 2 illik fasilədən sonra rəqibinə qalib gəlib. Bu, Topaz Premyer Liqasının XXIV turunda Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə nəticələnən oyununda gerçəkləşib. 

Bununla, “Qarabağ” ölkə kubokunu da nəzərə alsaq 10 oyunluq seriyaya son qoyub. Belə ki, Qurban Qurbanovun komandası sonuncu dəfə qəbələliləri hələ Toni Adamsın baş məşqçiliyi vaxtında – 2011-ci ilin fevralın 13-də məğlub etmişdi – 3:0. Onda da evdə buna nail olan Ağdam təmsilçisi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda sevinmişdi. 

Düzdür, “Qarabağ” son 2 mövsümdə kubokun 1/4 finalında üzləşdiyi “Qəbələ”ni keçə bilir. Ancaq bu 4 oyunun hamısının heç-heçə nəticələndiyi və ağdamlıların səfər qolu sayəsində rəqibindən üstün olduğunu nəzərə almaq lazımdır. İndi isə braziliyalı futbolçu Riçard Almeydanın vurduğu qol sayəsində 776 gün gözlənilən qələbə oldu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail