AFFA prezidenti Berti Foqtsu müdafiə etdi

30.03.2013 | 4744 dəfə oxunub

AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun işindən razı qaldığını bildirib. Stadium.az "Trend"ə istinadən xəbər verir ki, Abdullayev şənbə günü jurnalistlərə açıqlamasında Dünya çempionatının seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan və Portuqaliya milli komandalarının oyunu zamanı stadionda "İstefa!" şüarının səslənməsinə münasibət bildirib və deyib ki, Berti Foqts peşəkardır və öz işinin öhdəsindən yaxşı gəlir.

"Berti Foqts işini sevə-sevə görür", - AFFA prezidenti əlavə edib.

Abdullayev hamı kimi Azərbaycanın Portuqaliyaya uduzmasından təəssüfləndiyini vurğulayıb.

"Hücumçu Rauf Əliyevin qırmızı vərəqə alması komandamıza psixoloji təsir etdi. Bundan əlavə, bəzi azarkeşlərin "İstefa!" və arzuolunmaz şüarlar səsləndirməsi futbolçulara psixoloji təsir edirdi", - AFFA prezidenti bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail