"Qəbələ" "Milan" və "Çelsi" ilə bir turnirdə

30.03.2013 | 5437 dəfə oxunub

“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası bu gün səhər saatlarında IV Vodafone Beynəlxalq Futbol Turnirində iştirak məqsədilə Antalyaya yollanıb. Stadium.az xəbər verir ki, artıq ənənə halını almış turnirdə bu “qırmızı-qaralar”ın 4-cü iştirakıdır. FİFA bayrağı altında keçirilən Vodafone kubokunda Avropanın tanınmış klubları – “Bavariya”, “Milan”, “Çelsi”, “Vilyarreal”, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” birincilik uğrunda yarışacaqlar. İlkin mərhələdə komandalar 4 kollektivdən ibarət qruplarda mübarizə aparacaqlar. Bu mərhələdə “Qəbələ” “H” qrupunda “Bursaspor”, “Kosova SDC – İFA” və “Kızılcahamamspor”la üz-üzə gələcək. Turnirin aşılış günündə - 31 martda təmsilçimiz iki matç keçirəcək. “Qəbələ” öncə “Bursaspor”, daha sonra isə “Kosova SDC – İFA” ilə münasibətlərinə aydınlıq gətirəcək. Aprelin 1-də isə “qırmızı-qaralar” qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşacaq. 

Xatırladaq ki, ilk dəfə 2010-cu ildə iştirak etdiyi turnirdə təmsilçimiz turnirin ən ümidverici komandası seçilmişdi. 2011-ci ildə isə "Qəbələ" turniri 7-ci sırada tamamlamışdı. Ötən il təmsilçimiz nəticəsini bir qədər də yaxşılaşdıraraq yarışı 5-ci pillədə yekunlaşdırmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail