"Rəvan" "Turan"la oyuna hazırdı

29.03.2013 | 3755 dəfə oxunub

"Rəvan” futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində sabah "Turan”la qarşılaşacaq. Stadium.az xəbər verir ki, komanda artıq bu oyun üçün hazırlığını başa vurub. Belə ki, bu günkü səhər məşqi matç öncəsi son hazırlıq oldu. Komanda üzvləri "Bayıl Arena”da çalışmaqla hazırlığı başa vurdu. Baş məşqçi Ramil Əliyev görüşdən əvvəl yetirmələrini elə də çox yormaq istəmədiyi sezilirdi. Ancaq futbolçuların səylə çalışmaları da diqqətdən yayınmadı.

Qeyd edək ki, "Rəvan" yığmaların çıxışı ilə yaranmış fasilədən sonra ilk dəfə bütün kollektivlə məşq keçdi. Sevindirici məqamlardan biri də komandada zədəli və cəzalı futbolçuların olmamasıdır. Son günlər fərdi məşqlə kifayətlənən Nikolay Orlovski də komanda ilə ümumi çalışmalarda iştirak etdi. Baş məşqçi Ramil Əliyev klubun rəsmi saytına açıqlamasında moldovalı müdafiəçinin "Turan”la görüşdə meydana çıxa biləcəyini söylədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail