Millimiz Latviya ilə bərabərə qaldı

29.03.2013 | 5039 dəfə oxunub

Latviya paytaxtı Riqada təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən ölkədə ilk yoxlama oyununu keçirib. Stadium.az xəbər verir ki, Latviya yığması ilə qarşılaşan təmsilçimiz matçdan 1:1-lik heç-heçə ilə ayrılıb. Görüşün 22-ci dəqiqəsində hesabı layviyalılar açsalar da, komandamız tezliklə hesabı bərabərləşdirib. 30-cu dəqiqədə "Qəbələ"nin üzvü Baxşəli Baxşəliyev dəqiq zərbə ilə rəqibi meydançanın mərkəzinə dəvət edib. Bu matçda vurulan son qol olub. Digər "Qəbələ" üzvü Fərid Əsədli də komandamızın əsas heyətində Latviyaya qarşı mübarizə aparıb. Yığma ilə Riqaya yollanan son "Qəbələ"li Elvin Dəmirov ehtiyat oyunçular arasında yer alıb. 

Xatırladaq ki, milli komandanın təlim-məşq toplanışı martın 31-dək davam edəcək. Yığmamız ikinci - son yoxlama oyununu martın 30-u yenidən Latviyaya qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail