Lənkəranda iki ilk

29.03.2013 | 5429 dəfə oxunub

Topaz Premyer Liqasında yaranan 17 günlük fasilə sabah başa çatacaq. Həmin gün ölkə çempionatında XXIV turun oyunları keçiriləcək. “Xəzər Lənkəran” bu dəfə öz meydanında AZAL-ı qəbul edəcək. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, ikinci “altılığ”ın lideri ilə qarşılaşma 2 ilklə əlamətdar olacaq.
 
Belə ki, tarixində ilk dəfə 7-12-ci yerlər uğrunda mübarizə aparmalı olan Lənkəran təmsilçisi ikinci “altılıq”da 1-ci ev oyununa çıxacaq. Lənkəran stadionunda baş tutacaq ilk belə görüş həm də yeni baş məşqçinin debütü ilə yadda qalacaq.
 
Uelsli mütəxəssis Con Toşak ilk dəfə “Xəzər Lənkəran”ı baş məşqçi kimi meydana çıxaracaq. O, komandanın AZAL-la 23-cü duelində debüt edəcək.
 
Əvvəlki 22 qarşılaşmada "Xəzər Lənkəran"lı futbolçular aşkar üstünlüyə malikdir. 14 dəfə qalib gələn komanda 4 dəfə heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Rəqib qapısına 29 qol vuran “Xəzər Lənkəran” cəmi 12-ni buraxıb. İndi 30-cu qolun astanasında olan futbolçular bu 22 matçdan 18-ni çempionat, 4-nü kubokda keçirib.
 
Hər iki yarışda üstün olan “ağ-yaşıllar” çempionatda 12 qələbə qazanıb. Oyunların yalnız 1/3-də xal itirən komandamız 3 dəfə 1 xalla kifayətlənib, eyni sayda oyunda meydanı məğlub tərk edib. Bu görüşlərdə Lənkəran təmsilçisi 24, bakılılar isə cəmi 9 dəfə fərqlənib.
 
“Xəzər Lənkəran”ın ev oyunlarında meydan sahibləri 8 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Komanda qonaqların qapısına 17 top vurub və cəmi 7-ni buraxıb. 
 
2005/0612.08.2005çempionats2:0
2005/0612.02.2006çempionate1:0
2006/0717.09.2006çempionats2:1
2006/0727.04.2007çempionate3:2
2007/0825.11.2007çempionats0:0
2007/0806.03.2008kubok, 1/4s0:1
2007/0820.03.2008kubok, 1/4e2:0
2007/0817.05.2008çempionate0:0
2008/0920.09.2008çempionats1:0
2008/0914.03.2009çempionate0:0
2009/1021.10.2009çempionats0:1
2009/1010.12.2009çempionate2:1
2009/1027.04.2010kubok, 1/2s1:1
2009/1005.05.2010kubok, 1/2e2:1
2010/1129.08.2010çempionats1:0
2010/1120.02.2011çempionate2:1
2010/1113.03.2011çempionats0:1
2010/1123.04.2011çempionate3:0
2011/1214.08.2011çempionats3:0
2011/1216.02.2012çempionate1:0
2012/1303.10.2012çempionats2:0
2012/1303.12.2012çempionate1:2



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail