Mançini: "Uzun müddət "Mançester Siti"də qalacağam"

28.03.2013 | 4471 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Roberto Mançini komandasının ölkə çempionatındakı çıxışını dəyərləndirib. Stadium.az xəbər verir ki, italiyalı mütəxəssis son vaxtlar komandadan gedəcəyi haqda yayılan informasiyaları da şərh edib: "Çempionluq uğrunda mübarizə həqiqətən də başa çatıb. Amma bu, heç nəyi dəyişmir. Çünki istənilən halda mövsümün sonuna kimi meydana çıxmalıyıq. Özü də qarşıdakı oyunlarda maksimum nəticə göstərmək üçün əlimizdən gələni etməliyik. Birinci olmayanda belə, komanda yaxşı oyun sərgiləmək üçün səy göstərməlidir. Bundan başqa İngiltərə kubokunda qələbə qazanmaq şansımız da var. "Çelsi" bizdən cəmi 4 xal geri qalır, "Tottenhem" isə 5. Qarşıda hələ 9 oyun var. Buna görə də qarşıdakı oyunlarda uğurlu çıxış etmək məcburiyyətindəyik. "Monako"ya keçəcəyəm? "Monako" Fransa ikinci divizionundakı ən yaxşı komandalardan biridir. Onların yaxşı məşqçiləri var. Amma mən hələ uzun müddət "Mançester Siti"də qalacağam".

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail