Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılıb

28.03.2013 | 5635 dəfə oxunub

Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılıb. Stadium.az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb. 

Məlumata görə, A.Abdullayev 90 XB 350 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Xətai MKTB-nin işçiləri 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurduqdan sonra maşını saxlayıb. 

O hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə birlikdə Kliniki Tibbi Mərkəzə gəlib. Lakin yaralılardan Z.Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzrə ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail