Çertoqanov: "Qrup mərhələsinin son matçınadək mübarizə aparacağıq" Müsahibə

28.03.2013 | 4035 dəfə oxunub

“Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov Ukrayna mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan yığmasının Portuqaliya ilə oyunu necə təsir bağışladı? 

- Azərbaycan yığması doğma meydanda daha inamlı təsir bağışlayır və martın 22-də Lüksemburqla səfər oyunundakı ilə müqayisədə daha yaxşı görünürdü. Komanda ilk hissədə yaxşı oynadı və hətta qol vurmaq üçün bir neçə imkan əldə etdi. İkinci hissədə isə daha ağır oldu.

- Buna səbəb nə idi? 
- Azərbaycanlı futbolçuların oyununa 55-ci dəqiqədə Rauf Əliyevin meydandan kənarlaşdırılması mənfi təsir etdi. Mənə elə gəlir ki, matçın baş hakimi Andre Marriner belə sərt addım atmamalı idi. O, azərbaycanlı futbolçunun qayda pozuntusuna belə birmənalı reaksiya verməyə də bilərdi. Nəticədə 0:2 hesabı ilə uduzduq. Lakin qrup mərhələsinin son matçınadək mübarizə aparacağıq.

- Vladimir Levin pis oynamadı ki? 
- Həmyerlimin oyununu mən mühakimə edəsi deyiləm. O, meydana 62-ci dəqiqədə daxil oldu. Çalışdı, pis oynamadı.

- Artıq millidə neçənci oyundur meydana çıxmamağınız nə ilə bağlıdı? 
- Bunun səbəbi zədədir. Əzələmi qırmışdım. Bu üzdən 1 aya yaxın məşq də etmədim. Yalnız indi fərdi hazırlıqlara başlamışam. Çalışıram ki, əvvəlki durumumu tezliklə bərpa edim. Şərəfini qoruduğum “Qəbələ”də əvvəlki oyunumu göstərəcəyəm. Ümid edirəm ki, millimizin baş məşqçisi Berti Foqts bundan sonra məni yenə də yığmaya çağıracaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail