Paulu Bentudan növbəti hörmətsizlik

27.03.2013 | 4335 dəfə oxunub

Azərbaycan - Portuqaliya oyunundan sonra insident yaşanıb. Stadium.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Paulo Bentu keçirdiyi mətbuat konfransında onun Portuqaliya dilində səsləndirilən fikirlərinin Azərbaycan dilinə tərcümə olunmasına imkan verməyib. Əvvəlcə Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri üzrxahlıq edərək bildirib ki, Bentunun fikirləri Azərbaycan dilinə tərcümə olunmasın. Lakin azərbaycanlı jurnalistlər buna etirazlarını bildiriblər. Onlar qeyd ediblər ki, hələ oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında da Portuqaliya tərəfi jurnalistlərə eyni hörmətsizliyi edib. Təkidlərinin bir nəticə vermədiyini görən yerli jurnalistlər mətbuat konfransının keçirildiyi zalı tərk ediblər.

Portuqaliy Futbol Federasiyasının nümayəndəsi Azərbaycan tərəfinə bu hörmətsizliyin səbəbini onunla izah edib ki, Portuqaliya televiziyası mətbuat konfransından canlı yayım verdiyi üçün onlar fikirlərinin Azərbaycan dilinə tərcümə olunmasına razı deyillər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail